İyunun pensiyası bu tarixdə veriləcək
06 İyun 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
193
06.06.2026, 19:32
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib.
Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edəcək.
Qaydalara əsasən, "ASAN xidmət" mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürüləcək.
Vəsaitin Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata keçiriləcək. Ayrılan vəsaitin bölgüsü Dövlət Agentliyinin Aparatına münasibətdə Dövlət Agentliyinin sədrinin, "ASAN xidmət" mərkəzlərinə münasibətdə müvafiq mərkəz direktorunun əmri əsasında təsdiq ediləcək.
Dövlət Agentliyinin Aparatının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 50 %-i miqdarında, Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 80 %-i miqdarında ödəniləcək.
"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları"na uyğun olaraq hesablanmış aylıq yekun balına müvafiq miqdarda ödəniləcək.
Mükafat aşağıdakı günlər üçün hesablanmayacaq:
İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
Dövlət Agentliyində və "ASAN xidmət" mərkəzlərində 6 aydan az fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının işçilərinə, habelə "ASAN xidmət" mərkəzinin direktoru ilə razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının işçilərinə əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilməyəcək.
Dövlət Agentliyinin işçisi barəsində yazılı qaydada xəbərdarlıq edildikdə növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən edilən mükafata 30 %-i, təqvim ilində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50 %-i, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100 %-i miqdarında azaltma tətbiq edilməklə hesablama aparılacaq. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı təqdimat olduqda Dövlət Agentliyinin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə biləcək.
Vəsaitin 20 %-i Dövlət Agentliyinin Aparatının işçilərini mükafatlandırılmaq, habelə Dövlət Agentliyinin işçilərinə və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar ödəmək, 80 %-i "ASAN xidmət" mərkəzlərinin işçilərinin və digər dövlət orqanlarının işçilərini mükafatlandırılmaq məqsədilə ayrılacaq. "ASAN xidmət" mərkəzlərinə ayrılan vəsaitin 45 %-i Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçiləri, 55 %-i isə "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün nəzərdə tutulacaq.
Daha yüksək boş vəzifənin, habelə daha yüksək vəzifə üzrə başqa işçinin (müəyyən səbəbdən (əmək məzuniyyətində olma istisna olmaqla) iş yerində olmayan) əmək funksiyasının icrası həvalə edilən işçinin mükafatlandırılması həvalə edilən vəzifə üzrə 3 aydan çox olmamaqla həyata keçiriləcək.
Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar müəyyən edilərkən onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri və Dövlət Agentliyində iş stajı nəzərə alınacaq. İş stajına görə fərdi mükafatlar ödənilən zaman sosial məzuniyyət dövrləri və bir aydan çox müddətdə ödənişsiz məzuniyyət dövrləri nəzərə alınmayacaq.
Məlumat üçün bildirək ki, yuxarıda vəsait dedikdə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait, mükafat dedikdə isə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ödənilən vəsait nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 2-də imzalanan qərar bu gündən qüvvəyə minib./Trend.Az
20:09 / 06 İyun 2026
51
19:55 / 06 İyun 2026
56
19:37 / 06 İyun 2026
353
19:35 / 06 İyun 2026
94
19:29 / 06 İyun 2026
90
19:10 / 06 İyun 2026
551
19:09 / 06 İyun 2026
78
19:03 / 06 İyun 2026
190
18:57 / 06 İyun 2026
81
18:40 / 06 İyun 2026
101
18:22 / 06 İyun 2026
100
17:54 / 06 İyun 2026
81
15:08 / 06 İyun 2026
119
15:05 / 06 İyun 2026
129
14:50 / 06 İyun 2026
258
14:44 / 06 İyun 2026
148
14:11 / 06 İyun 2026
144
13:12 / 06 İyun 2026
157
13:00 / 06 İyun 2026
141
12:55 / 06 İyun 2026
786
12:48 / 06 İyun 2026
132
12:36 / 06 İyun 2026
587
12:35 / 06 İyun 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.