Rusiyanın büdcə kəsiri təxminən 33 faiz artıb
10 Noyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
745
06.06.2026, 21:39
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ötən gecə Sirik rayonu və Qeşm adasına həyata keçirdiyi hücumu kəskin şəkildə pisləyib.
Oxu24.com-un xarici mediaya istinadən yaydığı məlumata görə, nazirliyin açıqlamasında bu addımın 8 aprel tarixində əldə olunmuş atəşkəs razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirildiyi vurğulanıb.
Bəyanatda bildirilib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri özünümüdafiə hüququndan istifadə edərək sözügedən hücuma adekvat və təsirli cavab verib, nəticədə hücumun məqsədlərinin reallaşmasının qarşısı alınıb.
Sənəddə qeyd edilib ki, ABŞ tərəfindən atəşkəs rejiminin yenidən pozulması Vaşinqtonun gərginliyin azaldılması və bölgədə sabitliyin bərpası istiqamətində real niyyətə malik olmadığını nümayiş etdirir. Həmçinin vurğulanıb ki, ABŞ-nin bu cür addımları regional təhlükəsizliyə ciddi təhdid yaradır və baş verə biləcək gərginliyin bütün nəticələrinə görə məsuliyyət ABŞ administrasiyasının üzərinə düşür.
İran Xarici İşlər Nazirliyi region dövlətlərini mehriban qonşuluq prinsiplərinə sadiq qalmağa və öz ərazilərinin, eləcə də imkanlarının İran əleyhinə yönəlmiş hərbi əməliyyatlarda istifadəsinə şərait yaratmamağa çağırıb.
Açıqlamanın sonunda BMT-nin Baş katibi, Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar ABŞ-nin atəşkəsi pozması və qanunsuz addımlarına qarşı təxirəsalınmaz və effektiv tədbirlər görməyə dəvət olunub.
23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.