Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1552
26.02.2026, 23:07
BDU-nun Hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı daxil olmuş müraciət əsasında araşdırmalara başlanılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin materialları paylaşan şəxsin kimliyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, sosial şəbəkə platformalarında yayılan foto və videolar tələbələrin şəxsi görüntülərindən istifadə edilməklə montaj olunub və onların şərəf və ləyaqətini alçaltmağa yönəlib.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, bu cür əməllər həm cinayət, həm də mülki məsuliyyət yaradır:
“Şəxsin razılığı olmadan onun görüntülərinin yayılması, xüsusilə də təhqiramiz və alçaldıcı formada təqdim edilməsi qanunvericiliyə ziddir. Bu hallar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradır. Zərərçəkmiş şəxslər həmçinin mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərlər.”
Vəkil qeyd edib ki, sosial şəbəkələrdə anonim hesablar arxasında gizlənərək törədilən hüquqazidd əməllər də müasir texniki imkanlar vasitəsilə qısa müddətdə ifşa olunur.
Miri Məcidli
19:41 / 13 Noyabr 2026
1
19:38 / 13 Noyabr 2026
37
19:35 / 13 Noyabr 2026
18
19:30 / 13 Noyabr 2026
91
19:28 / 13 Noyabr 2026
38
19:23 / 13 Noyabr 2026
50
19:05 / 13 Noyabr 2026
57
18:59 / 13 Noyabr 2026
63
18:59 / 13 Noyabr 2026
73
18:50 / 13 Noyabr 2026
76
18:38 / 13 Noyabr 2026
91
18:31 / 13 Noyabr 2026
81
18:26 / 13 Noyabr 2026
81
18:15 / 13 Noyabr 2026
92
18:04 / 13 Noyabr 2026
316
17:59 / 13 Noyabr 2026
101
17:46 / 13 Noyabr 2026
111
17:30 / 13 Noyabr 2026
100
17:18 / 13 Noyabr 2026
95
17:13 / 13 Noyabr 2026
313
17:07 / 13 Noyabr 2026
103
16:59 / 13 Noyabr 2026
103
16:51 / 13 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.