Hərbi hissədən qaçan əsgəri hansı CƏZA GÖZLƏYİR? -HÜQUQŞÜNAS DANIŞIR
01 Oktyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
960
23.02.2026, 22:45
Sosial şəbəkədə təhqirin cəzası nədir? – Vəkil Esmira Rzayeva açıqladı
Günümüzdə sosial şəbəkələr insanların fikir və mülahizələrini sərbəst şəkildə ifadə etdiyi əsas platformalara çevrilib. Lakin bu azadlıq digər şəxslərin şərəf və ləyaqətinin alçaldılması hüququ vermir. Qanunvericiliyə əsasən, sosial şəbəkələrdə təhqir və böhtan cinayət məsuliyyəti yaradır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, istər real ad-soyadla, istərsə də saxta profil vasitəsilə başqa şəxsi təhqir etmək qanun qarşısında cavabsız qalmır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya internet informasiya ehtiyatlarında (sosial şəbəkələrdə) şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab olunur.
Bu əmələ görə aşağıdakı cəzalar tətbiq edilə bilər:
🔸1000 manatdan 1500 manatadək cərimə
🔸240 saatdan 480 saatadək ictimai işlər
🔸1 ilədək islah işləri
🔸6 ayadək azadlıqdan məhrum etmə
Vəkil Esmira Rzayevanın sözlərinə görə, məsuliyyət saxta (fake) hesablarla törədilən əməllər üçün daha ağırdır.
Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatlarında saxta istifadəçi adı, profil və ya hesab vasitəsilə böhtan atma və ya təhqir etmə aşağıdakı cəzalarla nəticələnə bilər:
🔸1000 manatdan 2000 manatadək cərimə
🔸360 saatdan 480 saatadək ictimai işlər
🔸2 ilədək islah işləri
🔸1 ilədək azadlıqdan məhrum etmə
Saxta istifadəçi adı dedikdə:
🔸Şəxsin kimliyini müəyyən etməyə imkan verməyən,
🔸Yalan ad-soyadla yaradılmış,
🔸Məlumatları gizlədilmiş,
🔸Başqa şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilərək açılmış hesablar nəzərdə tutulur.
Vəkil Esmira Rzayeva vurğulayır ki, sosial şəbəkələrdə emosional paylaşımlar etmək, kimisə açıq şəkildə təhqir etmək və ya ləyaqətini alçaltmaq hüquqi məsuliyyət yaradır. “Virtual məkanda yazılan hər söz real hüquqi nəticə doğura bilər”, – deyə o bildirib.
Hüquqşünas vətəndaşlara sosial şəbəkələrdə etik davranış qaydalarına riayət etməyi və qanunvericiliyin tələblərini nəzərə almağı tövsiyə edir.
Hazırladı: Jalə
23:54 / 01 Oktyabr 2026
1
23:41 / 01 Oktyabr 2026
25
23:12 / 01 Oktyabr 2026
49
23:00 / 01 Oktyabr 2026
76
22:53 / 01 Oktyabr 2026
53
22:52 / 01 Oktyabr 2026
54
22:50 / 01 Oktyabr 2026
80
22:42 / 01 Oktyabr 2026
52
22:31 / 01 Oktyabr 2026
62
22:24 / 01 Oktyabr 2026
102
22:18 / 01 Oktyabr 2026
161
22:07 / 01 Oktyabr 2026
72
21:42 / 01 Oktyabr 2026
62
21:41 / 01 Oktyabr 2026
80
21:31 / 01 Oktyabr 2026
68
21:29 / 01 Oktyabr 2026
73
21:26 / 01 Oktyabr 2026
146
21:25 / 01 Oktyabr 2026
57
21:19 / 01 Oktyabr 2026
69
21:15 / 01 Oktyabr 2026
63
21:08 / 01 Oktyabr 2026
63
20:59 / 01 Oktyabr 2026
69
20:50 / 01 Oktyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.