Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
9447
27.01.2026, 13:58
Azərbaycanda kredit öhdəliklərini vaxtında yerinə yetirməyən vətəndaşların banklar qarşısında məsuliyyəti tez-tez mübahisə doğuran hüquqi məsələlərdən biridir. Kredit borcuna görə bank maaş kartındakı vəsaiti tam tuta bilərmi? Borc öhdəliklərinə görə işçinin maaşının maksimum neçə faizi tutuluna bilər və bu zaman istisnalar varmı?
Oxu24.com-a açıqlamasında bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər vətəndaş maaşını kredit götürdüyü bankdan alırsa, adətən kredit müqaviləsində belə bir şərt qeyd edilir:
“Müştərinin banka borcu yarandığı halda, maaş kartından borc məbləği silinə bilər. Vətəndaş bu müqaviləni imzaladığı üçün bank həmin şərtə əsaslanaraq maaş kartındakı vəsaiti tam məbləğdə tuta bilir. Bu məsələ ilə bağlı məhkəmə praktikasında fərqli yanaşmalar mövcuddur. Belə ki, bəzi hallarda məhkəmələr maaşdan tutulmanın maksimum 20 faiz ola biləcəyini bildirir. Digər hallarda isə bu həddin 50 faizədək yüksələ biləcəyi qeyd olunur. Bununla belə, banklar əksər hallarda məhkəməyə müraciət etmədən, birbaşa müqaviləyə istinad edərək vəsaiti tam şəkildə tuturlar”.
Hüquqşünas vətəndaşların bu vəziyyətdən çıxış yolunun da olduğunu vurğulayıb:
“Vətəndaş başqa bir bankda yeni maaş kartı aça bilər. Bu halda işəgötürəndən maaşın yeni bank hesabına köçürülməsini tələb etmək hüququ var və işəgötürən bu tələbə əməl etməlidir. Çünki Əmək Məcəlləsinə əsasən, hər bir işçi əməkhaqqını istədiyi formada almaq hüququna malikdir. Bu halda bank artıq vətəndaşın maaş kartına birbaşa müdaxilə edə bilməz və borcun tutulması üçün məhkəməyə müraciət etməli olur. Məhkəmə qaydasında isə aylıq tutulma maaşın 50 faizindən çox ola bilməz”.
Hüquqşünas əlavə edib ki, borca görə vətəndaşın əmlakına da həbs qoyula və əmlak hərraca çıxarıla bilər:
“Lakin Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya əsasən, bəzi əmlak növlərinə həbs tətbiq edilmir. Belə ki, vətəndaşın yaşayış evi, eləcə də gündəlik tələbat üçün zəruri olan məişət əşyaları müsadirə edilə bilməz. Ancaq qızıl-zinət əşyalarına həbs qoyulması mümkündür”.
Mehin Mehmanqızı
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.