Bakıda yanğın başladı
10 Avqust 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
467
19.05.2026, 15:03
Avropada yeni dərmanların əldə olunması problemi getdikcə dərinləşir. Hazırda tibbi preparatların təsdiqlənməsi üçün orta gözləmə müddəti 532 günə çatıb.
Oxu24.com xəbər verir ki, bu barədə Avropa Əczaçılıq Sənayesi və Assosiasiyaları Federasiyasının (EFPIA) rəhbəri Natali Moll "Financial Times" (FT) nəşrinə verdiyi müsahibədə deyib. Baş direktor deyib ki, Avropada dərman təminatı sistemi artıq işləmir. O, bütün Avropa İttifaqı (Aİ) ölkələrində tibbi xidmətlərə və müalicəyə çıxışda yaranan ləngimələrin və qeyri-bərabərliyin daha da ağırlaşdığını vurğulayıb. EFPIA sədri həmçinin xəbərdarlıq edib ki, əgər Avropa mövcud vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlər görməsə, əczaçılıq şirkətləri öz sərmayələrini sürətli şəkildə Amerika Birləşmiş Ştatlarına köçürəcəklər.
Mövzu ilə bağlı Ajans.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli açıqlama verib.
Onun sözlərinə görə, Avropada dərman böhranının dərinləşməsi Azərbaycanda da dərman qiymətlərinə təsir göstərə bilər:
"Azərbaycan dərman vasitələrinin böyük hissəsini idxal etdiyi üçün Avropa bazarında yaranan hər hansı problem təchizat zəncirinə birbaşa təsir edir. Əgər Avropada istehsal azalarsa və ya yeni dərmanların bazara çıxışı gecikərsə, məhsul qıtlığı yarana bilər. Bu zaman idxal olunan dərmanların qiyməti yüksəlir və nəticədə yerli bazarda da bahalaşma müşahidə olunur".
Akif Nəsirli qeyd edib ki, Avropada dərman istehsalı və təsdiq prosesində yaranan gecikmələr şirkətlərin əlavə xərclərlə qarşılaşmasına səbəb olur.
" Yeni preparatların bazara çıxması uzun çəkdikdə istehsalçılar araşdırma, laboratoriya və sənədləşmə xərclərini artırmalı olurlar. Bu əlavə xərclər son nəticədə dərmanların satış qiymətinə təsir edir. Eyni zamanda bazarda müəyyən preparatların az olması tələb və təklif balansını pozur, nəticədə qiymətlər daha da yüksəlir. Dollar və avronun bahalaşması da dərman bazarına ciddi təsir göstərir. Çünki Azərbaycana gətirilən dərmanların əksəriyyəti xarici valyuta ilə alınır. Xarici valyutaların məzənnəsi yüksəldikdə idxal xərcləri artır və şirkətlər bu fərqi qiymətlərə əlavə edirlər. Bu isə həm apteklərdə satılan dərmanların, həm də tibbi avadanlıqların bahalaşmasına səbəb ola bilər".
Həmçinin əlavə edib ki, Avropa bazarında problem yaranarsa, bunun Azərbaycana təsirini azaltmaq üçün alternativ idxal bazarlarının genişləndirilməsi vacibdir.
" Türkiyə, Hindistan, Cənubi Koreya və digər ölkələrlə əməkdaşlığın artırılması dərman təminatında riskləri azalda bilər. Yerli dərman istehsalının inkişaf etdirilməsi də mühüm addımlardan biridir. Əgər ölkə daxilində daha çox dərman istehsal olunarsa, xarici bazarlardan asılılıq müəyyən qədər azalacaq. Dövlət tərəfindən strateji dərman ehtiyatlarının yaradılması da böhran dövründə çatışmazlığın qarşısını almağa kömək edə bilər".
"Qlobal böhran zamanı daha çox idxaldan asılı olan ölkələrin bazarları risk altında qalır. Xüsusilə dərman istehsalı zəif olan və məhsulların böyük hissəsini xaricdən alan ölkələrdə qiymət artımı və qıtlıq ehtimalı daha yüksək olur. Bundan əlavə, nadir və yüksək texnologiyalı preparatlar bazarı da daha həssas sayılır. Çünki bu dərmanlar məhdud sayda ölkədə istehsal edilir və təchizat zəncirində yaranan ən kiçik problem belə ciddi çatışmazlığa səbəb ola bilər",- deyə Akif Nəsirli sonda bildirib.
16:08 / 10 Avqust 2026
31
15:54 / 10 Avqust 2026
44
15:37 / 10 Avqust 2026
45
15:33 / 10 Avqust 2026
48
15:25 / 10 Avqust 2026
51
15:21 / 10 Avqust 2026
52
15:16 / 10 Avqust 2026
54
15:14 / 10 Avqust 2026
54
14:50 / 10 Avqust 2026
64
14:40 / 10 Avqust 2026
68
14:26 / 10 Avqust 2026
74
14:24 / 10 Avqust 2026
73
14:22 / 10 Avqust 2026
63
13:58 / 10 Avqust 2026
74
13:56 / 10 Avqust 2026
64
13:29 / 10 Avqust 2026
88
13:16 / 10 Avqust 2026
82
13:10 / 10 Avqust 2026
88
12:47 / 10 Avqust 2026
92
12:37 / 10 Avqust 2026
196
12:32 / 10 Avqust 2026
291
12:30 / 10 Avqust 2026
173
12:26 / 10 Avqust 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.