"Rahat market"də müştərinin aldadılması halı aşkarlanıb
18 Avqust 2025, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86Şəxsiyyət vəsiqəsi almaq neçəyədir? - QAYDALAR + RÜSUMLAR
HÜQUQ
1608
14.07.2025, 12:12
Xəbər verdiyimiz kimi Azərbaycanda şəxsiyyət vəsiqələrinin yenilənməsi barədə qanun qəbul edilib.
Milli Məclis (MM) şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini sonuncu oxunuşda təsdiqləyib.
Oxu24.com şəxsiyyət vəsiqəsini dəyişmək istəyənlər üçün məlumatı təqdim edir:
Zəruri olan sənədlərin siyahısı
Şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi
1. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə - DİN-nin məsul əməkdaşı tərəfindən elektron formada tərtib edilir);
vətəndaşın doğum haqqında şəhadətnaməsi;
Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa)
vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
dövlət rüsumunun ödənilməsi barədə sənəd;
ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd;
15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə həyata keçirilir;
15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur;
15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
2. Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda ödənişsiz həyata keçirilir.
3. Elektron imza ilə əlaqədar sertifikatların, elektron imza yaratma və yoxlama məlumatlarının verilməsi, onlardan istifadə və həmin sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ya ləğvi "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.
5. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə və əl-barmaq izləri götürülməklə yalnız aşağıdakılar tələb edilir:
· şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə- DİN-nin məsul əməkdaşı tərəfindən elektron formada tərtib edilir);
· şəxsiyyət vəsiqəsi;
· dövlət rüsumunun ödənilməsi barədə sənəd;
· ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.
6. Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən və şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş dəyişdirilməyən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş dəyişdirilə bilən məlumatlarda səhv müəyyənləşdirildikdə, vəsiqə səhv məlumatları daxil etmiş orqana təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.
7. Vətəndaş yeni şəxsiyyət vəsiqəsini alarkən, köhnə şəxsiyyət vəsiqəsini təhvil verməlidir.
QEYD: Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, o Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində təşkil olunan müvafiq xidmətinə müraciət edə bilər.
Həmçinin oxuyun
8. Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya oğurlanması
· Şəxsiyyət vəsiqəsi itirildikdə vəsiqənin sahibi və ya onun qanuni nümayəndəsi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.
· Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.
· Vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və vəsiqə sahibinin şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş vəsiqə barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin itirilməsi ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonravətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.
· Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.
Dövlət rüsumunun məbləği
15 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 manat;
· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 manat.
15 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;
· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat;
· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
· on iş günü müddətində verildikdə - 30 manat;
· üç iş günü müddətində verildikdə - 70 manat;
· bir iş günü müddətində verildikdə - 90 manat.
Qeyd
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, hərbi vəzifəsi, vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları daxil edilmir.
15 yaşı tamam olmuş kişi vətəndaşlardan ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə tələb olunur.
Vəsiqə sahibinin üzərinə qoyulmuş vəzifələri 15 yaşı tamam olmamış vətəndaşa aid hissədə onun qanuni nümayəndəsi həyata keçirir.
5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
Bu xidmət bütün "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.
10:51 / 20 Avqust 2025
SON DƏQİQƏ! İsrail bu şəhərin ələ keçirilməsi planını rəsmən TƏSDİQLƏDİ
5
10:48 / 20 Avqust 2025
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər - Video
6
10:42 / 20 Avqust 2025
Müharibə başlayandan bu günədək 100 mindən çox Ukrayna vətəndaşı Azərbaycana gəlib
7
10:27 / 20 Avqust 2025
Xəyalə Rəisə vəzifə verildi
232
10:15 / 20 Avqust 2025
Qobustanda faciə: Ölən var
211
10:10 / 20 Avqust 2025
Rəqsanə Xərçəng xəstəsi imiş - YENİLƏNİB
56
10:05 / 20 Avqust 2025
Gəncədə qanlı hadisə: Yeniyetmə öldürülüb
27
10:04 / 20 Avqust 2025
Rubl neçəyədir? - MƏZƏNNƏ
18
09:40 / 20 Avqust 2025
Xərçəng daha erkən aşkarlana biləcək
26
09:30 / 20 Avqust 2025
Putinin Moskvada görüşmək təklifinə Zelenskidən - Cavab
41
09:20 / 20 Avqust 2025
Vatsapa da reklam gəlir
20
09:10 / 20 Avqust 2025
Gəncədə avtomobil aptekə çırpıldı - Video
48
09:00 / 20 Avqust 2025
15 yaşlı oğlan qətlə yetirildi - Həmyaşıdı saxlanıldı
52
23:53 / 19 Avqust 2025
Fransa onu Azərbaycana səfir təyin etdi
57
23:48 / 19 Avqust 2025
Ərdoğan NATO Baş katibi ilə danışdı
55
23:05 / 19 Avqust 2025
İki rayonda qaz fasilələrlə veriləcək
65
22:23 / 19 Avqust 2025
“Putinə etibar etmək olmaz” - Kallas
191
20:50 / 19 Avqust 2025
Güləşçimizdən dünya çempionatında bürünc medal
212
20:45 / 19 Avqust 2025
Günlərdir axtarılan Aytən Bakıda tapıldı
83
20:18 / 19 Avqust 2025
“Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq” - Binəli Yıldırımdan İlham Əliyevə məktub
78
19:25 / 19 Avqust 2025
Makron Avropa qapılarında Putini “yırtıcı” adlandırdı
82
17:35 / 19 Avqust 2025
Litva özünü dron divarı ilə Rusiyadan qorumaq istəyir
87
15:48 / 19 Avqust 2025
İranla Ermənistan razılığa GƏLİB
103
15:38 / 19 Avqust 2025
Azərbaycanda bu tarixdən əhaliyə dərmanlar PULSUZ VERİLƏCƏK
374
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.