Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
17 Avqust 2026, 01:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2259
14.07.2025, 12:10
Milli Məclis (MM) şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini sonuncu oxunuşda təsdiqləyib.
Oxu24.com xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib.
Qeyd olunub ki, dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur.
Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.
Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Beləliklə təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxu24.com bundan öncə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi zamanı tələb olunan sənədlər və rüsumlar barədə məlumat açıqlamışdı
01:16 / 17 Avqust 2026
1
23:40 / 16 Avqust 2026
55
22:57 / 16 Avqust 2026
67
22:26 / 16 Avqust 2026
101
22:06 / 16 Avqust 2026
99
21:54 / 16 Avqust 2026
79
21:17 / 16 Avqust 2026
92
21:08 / 16 Avqust 2026
85
20:46 / 16 Avqust 2026
113
20:39 / 16 Avqust 2026
1181
20:33 / 16 Avqust 2026
445
20:19 / 16 Avqust 2026
81
19:56 / 16 Avqust 2026
98
19:40 / 16 Avqust 2026
98
19:29 / 16 Avqust 2026
128
15:05 / 16 Avqust 2026
132
14:20 / 16 Avqust 2026
140
14:12 / 16 Avqust 2026
430
13:55 / 16 Avqust 2026
143
13:45 / 16 Avqust 2026
438
13:40 / 16 Avqust 2026
1163
11:57 / 16 Avqust 2026
124
11:56 / 16 Avqust 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.