Açıq "lyuk" avtomobilə zərər vurarsa, təmir xərcini kim ödəməlidir?
20 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
378
04.07.2025, 14:27
Rusiyada həbs olunan azərbaycanlıların hüquqi yardımla təmin olunması ilə bağlı Rusiya Federal Vəkillər Palatasına və beynəlxalq təşkilatlara müraciət olunub.
oxu24.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb.
Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir və ölkədə saxlanılan hər kəs yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur:
"Bu gün Rusiyanın bir sıra KİV-lərində son günlər ölkəmizdə həbs olunmuş Rusiya vətəndaşlarının guya hüquqi yardımla təmin olunmaması barədə absurd və yalan məlumatlar yayılır. Vəkillər Kollegiyasının sədri olaraq tam məsuliyyətlə bildirirəm ki, həbs olunan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət, şikayət Kollegiyaya daxil olmayıb".
Kollegiya sədri həmçinin həmin şəxslərin özlərinin seçdikləri vəkillə müqavilə bağlamaqda da heç bir məhdudiyyət olmadığını söyləyib:
"Əksinə, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması, şiddətə məruz qalması, Rusiyada həbs olunan soydaşlarımızın hüquqi yardımla təmin olunması ilə bağlı tərəfimizdən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müraciət olunub".
A.Bağırov qeyd edib ki, vəkillərə qarşı təzyiq və gücün tətbiqi tamamilə yolverilməzdir və təqsirkar şəxslər buna görə məsuliyyətə cəlb olunmalıdırlar:
"Rusiya KİV-nin diqqətini isə bir daha vəkillər Şıxlinskilərə qarşı Yekaterinburq şəhərində Rusiya və Azərbaycan bayraqları altında baş verən demonstrativ terror aksiyasına cəlb edərək öz ölkələrində vəkillərin acınacaqlı durumunu işıqlandırmağa, obyektiv olmağa çağırırıq".
15:05 / 21 Oktyabr 2026
8
14:50 / 21 Oktyabr 2026
30
14:45 / 21 Oktyabr 2026
41
14:45 / 21 Oktyabr 2026
34
14:33 / 21 Oktyabr 2026
131
14:31 / 21 Oktyabr 2026
68
14:22 / 21 Oktyabr 2026
146
14:20 / 21 Oktyabr 2026
49
14:08 / 21 Oktyabr 2026
308
14:04 / 21 Oktyabr 2026
57
13:51 / 21 Oktyabr 2026
469
13:47 / 21 Oktyabr 2026
56
13:40 / 21 Oktyabr 2026
57
13:34 / 21 Oktyabr 2026
69
13:29 / 21 Oktyabr 2026
187
13:19 / 21 Oktyabr 2026
405
13:08 / 21 Oktyabr 2026
68
13:01 / 21 Oktyabr 2026
88
12:57 / 21 Oktyabr 2026
81
12:53 / 21 Oktyabr 2026
79
12:50 / 21 Oktyabr 2026
166
12:45 / 21 Oktyabr 2026
219
12:44 / 21 Oktyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.