Vəsiyyətnamə ilə bağlı mühüm MƏQAM: Belə öyrənə bilərsiniz!
21 Oktyabr 2026, 20:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
383
02.07.2025, 16:06
Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Oxu24.com-a qurumdan məlumat verilib.
Bildirilib ki, iclası açan Kollegiya sədri Anar Bağırov Rəyasət Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş zorakılıq hallarını və qanunsuz saxlamaları qəti şəkildə pisləyib, bu cür hadisələrin yolverilməz olduğunu ifadə edib.
Anar Bağırov Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara, eləcə də onların ailə üzvlərinə peşəkar səviyyədə hüquqi yardımın göstərilməsi ilə bağlı rəsmi qaydada müraciət ediləcəyini vurğulayıb:
"Eyni zamanda Yekaterinburq şəhərində vəkillərə qarşı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qeydə alınan qeyri-insani rəftar və vəzifə səlahiyyətlərinin aşılması halları ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət ünvanlanacaq".
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.
Həmçinin iclasda Vəkillər Kollegiyası Akademiyasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, beynəlxalq təcrübədə vəkillik qurumlarının nəzdində müxtəlif tədris mərkəzləri, institutlar və akademiyalar fəaliyyət göstərir. Bu strukturların adından asılı olmayaraq əsas məqsəd vəkillərin peşə bacarıqlarının inkişaf etdirilməsi və davamlı tədrisin təmin olunmasıdır. Müzakirələrdən sonra Rəyasət Heyəti Akademiyanın adının Vəkillər Kollegiyasının Tədris Mərkəzi olaraq dəyişdirilməsinə dair qərar qəbul edib.
Bundan başqa, kollegiya sədrinin müavinləri tərəfindən regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərlə bağlı keçirilmiş monitorinqlərin nəticələri müzakirə edilib. Bildirilib ki, aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bu nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb, eyni zamanda monitorinq mexanizmlərinin gələcəkdə daha da gücləndirilməsi qərara alınıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 4 vəkilə irad tutulub və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.
21:06 / 21 Oktyabr 2026
23
21:04 / 21 Oktyabr 2026
22
21:02 / 21 Oktyabr 2026
34
20:59 / 21 Oktyabr 2026
30
20:49 / 21 Oktyabr 2026
42
20:42 / 21 Oktyabr 2026
38
20:39 / 21 Oktyabr 2026
89
20:39 / 21 Oktyabr 2026
40
20:33 / 21 Oktyabr 2026
47
20:28 / 21 Oktyabr 2026
83
20:27 / 21 Oktyabr 2026
275
20:25 / 21 Oktyabr 2026
49
20:22 / 21 Oktyabr 2026
50
20:14 / 21 Oktyabr 2026
58
19:59 / 21 Oktyabr 2026
327
19:45 / 21 Oktyabr 2026
81
19:34 / 21 Oktyabr 2026
114
19:24 / 21 Oktyabr 2026
93
19:09 / 21 Oktyabr 2026
126
19:04 / 21 Oktyabr 2026
90
18:53 / 21 Oktyabr 2026
83
18:39 / 21 Oktyabr 2026
84
18:35 / 21 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.