Ölkəmizdə vəkillərin sayı 2770-ə çatıb
18 İyul 2025, 16:46
Qaynar xətt:
(+99450) 247 90 86Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək
HÜQUQ
232
25.06.2025, 16:46
2025-ci il iyunun 25-də “Badamdar” mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə hər kəsi təbrik edib, ölkəmizdə vəkillik institutunun tarixi inkişafına qısa nəzər salıb, son illərdə həyata keçirilən islahatlar, əldə olunan mühüm nailiyyətlər və Kollegiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirildiyini söyləyən sədr vəkillik institutunun möhkəmləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü qeyd edib. Bildirilib ki, vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsi məqsədi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi mütəmadi davam etdirilir.
Anar Bağırov çıxışında Ulu Öndər Heydər Əliyevin 28 dekabr 1999-cu il tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tarixi əhəmiyyətinə toxunaraq vurğulayıb ki, məhz həmin qanunla ölkəmizdə vəkillik ilk dəfə tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir hüquqi institut kimi formalaşıb. Həmin dövrdə qəbul olunmuş prosessual qanunvericilik isə vəkilliyin çəkişmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu peşə birliyinə çevrilməsinə şərait yaradıb.
Eyni zamanda qeyd edilib ki, Prezident cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı vəkillik institutunun müasirləşməsi və möhkəmlənməsi istiqamətində mühüm mərhələ olub, bu sahənin inkişafına sistemli və ardıcıl şəkildə təkan verib.
Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq son illərdə ölkədə vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb, dövlət başçısı vəkillik institutunun inkişafına hər zaman xüsusi diqqət göstərib və bu sahənin möhkəmləndirilməsi istiqamətində ardıcıl dəstək verib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir. Məhkəmə-hüquq sistemində də Ulu Öndər tərəfindən əsası qoyulan islahatlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və hüquq sahəsində şəffaflığın, ədalətə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm addımlar atılır.
Sədr çıxışının davamında əlavə edib ki, 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Kollegiyanın üzvü olub.
Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 72 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580 nəfərə çataraq ümumi üzvlərin 21 faizini təşkil edəcək. O cümlədən 1 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib.
Sonra tədbirdə Kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan danışıb, onun rəhbərliyi ilə əsası qoyulan müasir hüquq sisteminin bu gün ölkəmizin hüquqi inkişafında mühüm rol oynadığını bildirib.
Deputat Milli Məclislə Kollegiya arasında formalaşmış səmərəli və məhsuldar əməkdaşlığı yüksək qiymətləndirərək, vəkillik peşəsinin ictimai əhəmiyyətindən söz açıb, and içərək fəaliyyətəbaşlayan yeni vəkillərin hüquq və ədalət prinsiplərinə sadiq qalaraq ölkədə hüquqi dövlətin möhkəmləndirilməsi istiqamətində əzmlə çalışacaqlarına əminliyini vurğulayıb.
Həmçinin oxuyun
Tədbirdə Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc isə çıxış edərək son dövrlərdə ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində aparılan sistemli islahatlardan söz açıb. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsində vəkilliyin nüfuzunun artdığını, maddi-texniki bazasının gücləndirildiyini ifadə edib.
Deputat Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu sahənin institusional əsaslarını möhkəmləndirdiyini və peşəkar hüquqi yardımınəlçatanlığının əhəmiyyətli dərəcədə artırdığını söyləyib.
Həmçinin komitə rəhbəri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələ olduğunu qeyd edərək, bu ənənənin bu gün də uğurla davam etdirildiyini söyləyib.
Mərasimdə Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək vəkilliyə namizədləri səmimi-qəlbdən təbrik edib, onların peşə fəaliyyətində uğur qazanacağına əminliyini ifadə edib.
O, vəkillik peşəsinin yüksək etik dəyərlər və məsuliyyət əsasında formalaşdığını vurğulayıb, gənc vəkillərə insan hüquq və azadlıqlarının qorunmasında prinsipial mövqe sərgiləməyi, hüquqi biliklərini davamlı olaraq artırmağı, həmçinin vəkillik nüfuzunun yüksəldilməsi üçün səylə çalışmaq tövsiyəsini verib.
Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər.
Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim edilib.
Mərasimdə dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşov ““Konstitusiya və Suverenlik İli” çərçivəsində kadr dəyişikliyi və karyerada yüksəliş” mövzusunda çıxış edib. O, ölkədə aparılan hüquqi islahatların və institusional inkişafın dövlət idarəçiliyində peşəkar və hazırlıqlı kadrların rolunun daha da artırdığını vurğulayıb. Səbuhi Göyüşov “Yüksəliş” müsabiqəsinin gənc və istedadlı kadrların üzə çıxarılmasında, onların fərdi inkişafına dəstək göstərilməsində mühüm platforma olduğunu qeyd edib.
Tədbirin ikinci hissəsində isə fəaliyyəti dövründə fərqlənmiş və yubiley yaşına çatmış Kollegiyanın bir qrup üzvü təltif olunub.
Eyni zamanda mərasim çərçivəsində VK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
00:39 / 24 İyul 2025
Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü
1
23:49 / 23 İyul 2025
Putin əcnəbilərlə bağlı qərarı dəyişdi
57
23:24 / 23 İyul 2025
Bəzi ərazilərdə qaz olmayacaq - yenilənib
36
22:19 / 23 İyul 2025
Əsrin Günəş tutulması: Dünya 6 dəqiqə qaranlığa qərq olacaq
31
22:14 / 23 İyul 2025
Azərbaycanda tikinti materialları mağazası yanır
32
21:50 / 23 İyul 2025
Cavid Qurbanovun oğluna yüksək vəzifə verildi
35
21:38 / 23 İyul 2025
Ucarda ağır qəza - 11 nəfər xəsarət aldı - FOTO
34
21:04 / 23 İyul 2025
İstanbulda Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü keçirilir
67
20:48 / 23 İyul 2025
Ermənistan Zəngəzur dəhlizi haqda Amerika ilə razılaşıb?
112
19:59 / 23 İyul 2025
İqtisadiyyat Nazirliyində yüksək vəzifəyə təyinat
118
19:49 / 23 İyul 2025
Kəmaləddin Heydərov tanınmış idmançıya yüksək vəzifə verdi - FOTO
119
19:32 / 23 İyul 2025
9 yaşlı qız qətlə yetirildi
144
17:14 / 23 İyul 2025
Hizbullah Livanla döyüşməyə hazırdır
55
15:35 / 23 İyul 2025
Türk hava yolları rusları kütləvi şəkildə baqajsız buraxmağa başlayıb
73
15:12 / 23 İyul 2025
İsraillilər İranın Hava Hücumundan Müdafiə sistemlərinin partlamasına səbəb olub
76
14:56 / 23 İyul 2025
Türkiyə yeni raketini göstərdi
83
14:55 / 23 İyul 2025
Fransanın Baş Qərargah rəisi istefa verib
75
14:53 / 23 İyul 2025
Paris və Berlin Vaşinqtona qarşı “əks-hücum” hazırlayır
79
14:42 / 23 İyul 2025
Reperin adı axtarış siyahısından çıxarıldı
78
14:31 / 23 İyul 2025
AK rəhbəri bəyan edib ki, dünya həmişəlik dəyişəcək
78
14:13 / 23 İyul 2025
İsrail İranda gizli hərəkətə keçib?
78
14:11 / 23 İyul 2025
Üç gündür axtarılırdı, meyiti tapıldı - Foto
79
13:53 / 23 İyul 2025
Azərbaycan və Türkiyə bu müqaviləni İMZALADI
785
13:30 / 23 İyul 2025
Daha bir ölkə Rusiyaya "yox" dedi
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.