Pasiyent həkim təyinatına əməl etməsə nə baş verir?- Hüquqşünas açıqladı
18 Avqust 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
343
18.06.2025, 09:47
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) kvadrisikllarla bağlı xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, bu barədə BDYPİ-nin məlumatında bildirilib.
Məlumata əsasən, son dövrlərdə Azərbaycanda, xüsusilə turizm və istirahət zonalarında kvadrisikllərin istifadəsi hallarında artım müşahidə olunur:
"Təəssüf ki, bəzi hallarda bu nəqliyyat vasitələri yol hərəkəti qaydaları pozularaq təhlükəli formada idarə olunur. Nəticədə, konstruktiv quruluşuna görə passiv təhlükəsizlik elementləri ilə təmin olunmayan bu növ nəqliyyat vasitələri ilə törədilən qəzalar daha ağır və faciəvi nəticələrə səbəb olur".
Bildirilib ki, kvadrisikllər istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik ərazilərdə idarə edilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşu səbəbindən ciddi təhlükə yaradır və bu nəqliyyat vasitələri ilə baş verən qəzalar zamanı ağır bədən xəsarətləri, travmalar və ölüm halları müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edərək, yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır, azyaşlıların bu növ nəqliyyat vasitələri ilə hərəkət etməsinə isə heç bir halda imkan verilməməsini valideynlərin diqqətinə çatdırıb.
00:29 / 19 Avqust 2026
29
23:51 / 18 Avqust 2026
53
23:16 / 18 Avqust 2026
60
22:48 / 18 Avqust 2026
54
22:48 / 18 Avqust 2026
55
22:36 / 18 Avqust 2026
78
22:02 / 18 Avqust 2026
76
21:50 / 18 Avqust 2026
80
21:29 / 18 Avqust 2026
73
21:21 / 18 Avqust 2026
84
21:20 / 18 Avqust 2026
91
21:16 / 18 Avqust 2026
83
20:34 / 18 Avqust 2026
75
20:08 / 18 Avqust 2026
79
19:50 / 18 Avqust 2026
79
19:45 / 18 Avqust 2026
140
19:19 / 18 Avqust 2026
69
19:07 / 18 Avqust 2026
89
18:38 / 18 Avqust 2026
146
18:17 / 18 Avqust 2026
86
18:06 / 18 Avqust 2026
102
17:55 / 18 Avqust 2026
99
17:40 / 18 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.