Pasiyent həkim təyinatına əməl etməsə nə baş verir?- Hüquqşünas açıqladı
18 Avqust 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
470
11.06.2025, 15:47
Baş prokuror Kamran Əliyevin Keniyaya işgüzar səfəri başa çatıb.
Baş Prokurorluqdan Oxu24.com-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyada işgüzar səfərdə olub.
İyunun 10-da Mombasa şəhərində Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin baş prokurorlarının 23-cü Konfransı başlayıb.
Konfransın açılış mərasimində Keniya və Avstraliya dövlət prokurorluqlarının rəhbərləri çıxış edərək Azərbaycan prokurorluğunun nümayəndə heyətinin xüsusi qonaq qismində iştirakını yüksək qiymətləndirib, ölkəmizin beynəlxalq hüquqi əməkdaşlıq sahəsindəki fəal rolunu vurğulayıblar.
Daha sonra Baş prokuror Kamran Əliyev cinayət təqibinə qədər terrorçuluğun qarşısının erkən alınması üzrə milli yanaşmalara həsr olunmuş əsas sessiyaya sədrlik edib. İclasda radikallaşmanın qarşısının alınması və terrorçuluğun yaranma səbəblərinə erkən müdaxilə mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.
Kamran Əliyev Azərbaycanın terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa daim xüsusi önəm verdiyi vurğulayıb, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verib.
Sessiyada Uqandanın Baş prokuroru Ceyn Abodo, Cənubi Avstraliya ştatının Baş prokuroru Martin Kinton və Böyük Britaniya Ali Komissiyasının Nayrobidəki müşaviri Cenifer Ridel çıxış ediblər. Panel müzakirələrində radikallaşma və zorakı ekstremizmin qarşısının alınması sahəsində prokurorluq orqanlarının tətbiq etdiyi preventiv müdaxilə mexanizmləri üzrə milli təcrübələr bölüşülüb.
Konfrans çərçivəsində Baş prokuror Birləşmiş Krallıq, Avstraliya, Uqanda, Tanzaniya, Zimbabve, Seyşel Adaları və digər ölkələrin baş prokurorları ilə ikitərəfli görüşlər keçirərək cinayətkarlıqla mübarizədə təcrübə mübadiləsi, hüquqi əməkdaşlığın və müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları barədə müzakirələr aparıb. Kamran Əliyev Keniyanın yerli media nümayəndələrinə müsahibə verib.
Nümayəndə heyətinin Keniyaya işgüzar səfəri başa çatıb.
09:25 / 19 Avqust 2026
9
09:12 / 19 Avqust 2026
37
09:09 / 19 Avqust 2026
38
08:59 / 19 Avqust 2026
48
08:51 / 19 Avqust 2026
45
00:29 / 19 Avqust 2026
67
23:51 / 18 Avqust 2026
88
23:16 / 18 Avqust 2026
118
22:48 / 18 Avqust 2026
73
22:48 / 18 Avqust 2026
77
22:36 / 18 Avqust 2026
137
22:02 / 18 Avqust 2026
132
21:50 / 18 Avqust 2026
134
21:29 / 18 Avqust 2026
127
21:21 / 18 Avqust 2026
140
21:20 / 18 Avqust 2026
150
21:16 / 18 Avqust 2026
120
20:34 / 18 Avqust 2026
98
20:08 / 18 Avqust 2026
91
19:50 / 18 Avqust 2026
93
19:45 / 18 Avqust 2026
154
19:19 / 18 Avqust 2026
85
19:07 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.