Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1011
14.04.2025, 19:20
Bayram günlərinə görə düşən məzuniyyətə görə ödəniş verilir?
Əmək məzuniyyətinə çıxan işçilərin tez-tez qarşılaşdığı suallardan biri də budur: Əgər məzuniyyət günləri bayram günlərinə təsadüf edirsə, həmin günlər üçün əməkhaqqı ödənilirmi?
Oxu24.com bununla bağlı oxuculara maraqlı olan suallara aydınlıq gətirib.
Bu məsələyə Əmək Məcəlləsinin 114.6-cı maddəsində aydınlıq gətirilir.
Həmin maddəyə əsasən: Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödəniş verilmir.
Bu o deməkdir ki, əgər əmək məzuniyyətiniz müddətində rəsmi qeyri-iş günü, yəni dövlət bayramı varsa, həmin gün məzuniyyət günündən sayılmır və əlavə olaraq hesablanmır. Eyni zamanda bu günlər üçün əməkhaqqı da ödənilmir, çünki onlar ümumiyyətlə istirahət günləri kimi nəzərdə tutulur.
Məsələn, əgər işçi 14 günlük məzuniyyət götürübsə və bu müddətə 2 bayram günü təsadüf edirsə, həmin 2 gün nəzərə alınmadan məzuniyyətin müddəti 16 günə uzadılır – ancaq bayram günlərinin özünə görə ayrıca ödəniş verilmir.
Qeyd edək ki, bu qayda yalnız əmək məzuniyyətinə aid edilir. Əlavə iş vaxtı, rəsmi bayram günlərində işə cəlb olunma və digər hallarla bağlı fərqli hüquqi normalar mövcuddur.
Hazırladı: Toğrul Əhmədzadə
11:04 / 22 Avqust 2026
30
10:54 / 22 Avqust 2026
41
10:30 / 22 Avqust 2026
55
10:10 / 22 Avqust 2026
62
09:50 / 22 Avqust 2026
59
09:30 / 22 Avqust 2026
79
09:18 / 22 Avqust 2026
68
09:08 / 22 Avqust 2026
73
09:04 / 22 Avqust 2026
78
09:02 / 22 Avqust 2026
77
00:41 / 22 Avqust 2026
126
00:03 / 22 Avqust 2026
133
23:49 / 21 Avqust 2026
73
23:00 / 21 Avqust 2026
83
22:39 / 21 Avqust 2026
123
22:25 / 21 Avqust 2026
133
22:11 / 21 Avqust 2026
132
21:57 / 21 Avqust 2026
145
21:30 / 21 Avqust 2026
136
20:56 / 21 Avqust 2026
134
20:52 / 21 Avqust 2026
82
20:14 / 21 Avqust 2026
93
19:42 / 21 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.