Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
4362
05.08.2021, 20:04
"Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda və Türkiyənin Qars şəhərində keçirilmiş döyüş atışlı birgə taktiki təlimlər hər iki qardaş ölkənin hərbi qüdrətinin nümayişidir".
Oxu24.com-un xəbərinə görə, bunu Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev deyib.
"Ulu öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və hərbi qulluqçularımızın peşəkarlıqlarının artırılmasına xidmət edən kurslarda birliyimizin və bərabərliyimizin ifadəsinə çevrilib. Əlahiddə Ümümqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə keçirilən taktiki-xüsusi təlimin uğurla başa çatması Türkiyə Respublikasının Sparta və Kayseri şəhərlərində, Naxçıvandakı Dağ Təlim Mərkəzində təşkil edilmiş kurslarda və 44 günlük Vətən müharibəsində qazanılan döyüş təcrübəsinin peşəkarlıqla tətbiq edilməsinin əyani göstəricisidir", - komandan vurğulayıb.
Qeyd edək ki, "Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən taktiki-xüsusi təlim keçirilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri və binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb. Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.
13:27 / 11 Noyabr 2026
1
13:19 / 11 Noyabr 2026
35
13:13 / 11 Noyabr 2026
39
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
96
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
128
12:35 / 11 Noyabr 2026
188
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
82
12:24 / 11 Noyabr 2026
528
12:19 / 11 Noyabr 2026
382
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
606
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
197
11:43 / 11 Noyabr 2026
1159
11:34 / 11 Noyabr 2026
122
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
172
11:16 / 11 Noyabr 2026
344
11:13 / 11 Noyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.