Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1454
01.03.2021, 20:38
Martın 1-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona uğurlar arzulayıb.
General-polkovnik Z.Həsənov Belarusun sabiq müdafiə nazirinin Azərbaycanda səfir təyin edilməsinin ölkələrimiz arasında qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Müdafiə naziri Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirib və Azərbaycan-Belarus münasibətlərinin, xüsusilə hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.
Müxtəlif sahələrdə münasibətlərin genişləndiyini qeyd edən səfir bildirib ki, Belarus da Azərbaycan ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun üçün lazımi potensial mövcuddur.
Müzakirələr zamanı ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.
17:59 / 13 Noyabr 2026
1
17:46 / 13 Noyabr 2026
49
17:30 / 13 Noyabr 2026
49
17:18 / 13 Noyabr 2026
49
17:13 / 13 Noyabr 2026
174
17:07 / 13 Noyabr 2026
63
16:59 / 13 Noyabr 2026
68
16:51 / 13 Noyabr 2026
91
16:37 / 13 Noyabr 2026
115
16:29 / 13 Noyabr 2026
90
16:08 / 13 Noyabr 2026
221
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
349
15:37 / 13 Noyabr 2026
103
15:30 / 13 Noyabr 2026
103
15:01 / 13 Noyabr 2026
125
14:59 / 13 Noyabr 2026
263
14:50 / 13 Noyabr 2026
144
14:46 / 13 Noyabr 2026
119
14:33 / 13 Noyabr 2026
131
14:24 / 13 Noyabr 2026
632
14:17 / 13 Noyabr 2026
514
14:12 / 13 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.