Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1817
13.04.2025, 16:33
Bu gün şəhid Bəxtiyar Mayılovun doğum günüdür.
Oxu24.com xəbər verir ki, yaşasaydı,30 yaşı olacaqdır.
Bəxtiyar Mayılov 13.04.1995-ci ildə Sabirabad rayonu Surra kəndində anadan olub.
Orta təhsilini Sabirabad rayon Şəfi Babayev adına Surra kənd tam orta məktəbində alıb.Orta təhsillidir.
2013-cü ilin aprelində Sabirabad rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Əsgərliyi Ağdam rayon Quzanlı kəndindəki “N” saylı hərbi hissədə başa vurub.
2014-cü ilin oktyabrında hərbi hissədən təxris olandan sonra Bakıda və digər rayonlarda tikinti işlərində fəaliyyət göstərirdi.
Ali Baş Komandanın 27 sentyabr 2020-ci il tarixli əmri Bəxtiyarın həyat yolunda qəhrəmanlıq mərhələsinin başlanğıcı oldu. Könüllü olaraq ordu sıralarına yazılan Bəxtiyar 2020-ci 29 sentyabrda Sabirabad rayon Hərbi Komisarlığından Ağcabədi rayon istiqamətində cəbhəyə yollanır.Bəxtiyarın sonrakı döyüş yolu Füzuli və Zəngilan rayonlarından keçir, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edərək döyüşlərdə xüsusi cəsarət və igidlik göstərir.
Oktyabr ayının 19-da Qubadlı rayonunun Muradxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirmək üçün yola çıxan bir qrup hərbi qulluqçu erməni hərbi dəstələri tərəfindən güclü atəşə məruz qalır.
Erməni hərbiçilərinin əlində olan Muradxanlı yüksəkliyi vacib mövqe idi və komandanlıqdan verilən xüsusi tapşırığa əsasən Bəxtiyar da olmaqla bir dəstə zabit və əsgər həmin yüksəkliyi düşməndən geri almaq üçün piyada yola davam edir. Səngərin yaxınlığında ermənilərin qurduğu pusquya düşərək qeyri-bərabər döyüşə girməli olan döyüşçülərimiz son gülləyə qədər vuruşaraq düşməni geri oturda və yüksəkliyi ala bilir.
Sonuncu dəfə oktyabrın 19-da ailəsi ilə əlaqə saxlayıb. Oktyabrın 21-də isə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
13:31 / 22 Avqust 2026
1
12:55 / 22 Avqust 2026
47
12:55 / 22 Avqust 2026
49
12:35 / 22 Avqust 2026
52
12:34 / 22 Avqust 2026
60
12:15 / 22 Avqust 2026
61
11:59 / 22 Avqust 2026
68
11:40 / 22 Avqust 2026
85
11:25 / 22 Avqust 2026
76
11:04 / 22 Avqust 2026
78
10:54 / 22 Avqust 2026
86
10:30 / 22 Avqust 2026
81
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
76
09:30 / 22 Avqust 2026
96
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
91
09:02 / 22 Avqust 2026
88
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
23:49 / 21 Avqust 2026
83
23:00 / 21 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.