Mebel almaq istəyənlərə ŞAD XƏBƏR! Bu mağaza qiymətləri endirdi
06 Fevral 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
790
07.05.2020, 09:16
PAŞA Bank öz Marketinq Departamentinə Marketinq Analitikası üzrə Mütəxəssis /Data Scientist axtarışındadır.
Vəzifə haqqında
Marketinq Analitikası Mütəxəssisi strateji metodlardan və müxtəlif məlumat hasilatından istifadə etməklə satışların artırılmasına, marketinq strategiyaların yönləndirilməsi və müştərilərin saxlanılmasına dəstək göstərmək üçün analitika üzrə cavabdehdir. Marketinq Analitikası Mütəxəssisi geniş analitik bacarıq və qabiliyyətlərdən istifadə edərək şirkətin fəaliyyətində mühüm rol oynayan layihələr üzərində işləyəcək.
Vəzifə öhdəlikləri
• Uğurlu şirkət təşəbbüslərinin həyata keçirilməsi üzrə tələbləri anlamaq üçün məlumatları təhlil etmək
• Statistik metodlar və proqramlaşdırma dillərindən istifadə edərək iş problemlərini həll etmək
• Müştəri məlumat sistemlərindən və ya digər məlumat mənbələrindən məlumatları əldə etmək və təhlil etmək
• Potensial yeni müştərilərin cəlb edilməsi proqramlarını və çarpaz satış imkanlarını (cross-sell) proqnozlaşdırmaq üçün statistik modelləşdirmədən istifadə etmək
• Müştəri profillərinin yaradılması, davranış təhlili və seqmentləşdirmə kimi metodologiyalardan istifadə edərək marketinq strategiyasının inkişafı, təsirinin qiymətləndirilməsi və işlənməsi kimi təşəbbüslərə dəstək vermək
• Müştərinin cəlb edilməsi, saxlanılması, məhsulların istifadəsinin artırılması, çarpaz satış və seqmentləşdrimə üzrə aylıq hesabatları hazırlamaq
• Proqnozlaşdırma modellərini tətbiq etməklə hədəflənmiş satış imkanlarının aşkar edilməsi və həyata keçirilməsi üçün, müştəri münasibətlərinin saxlanması və müştərinin cəlb edilməsi üzrə dəstəyin həyata keçirilməsi üçün CRM (Customer Relationship Management) və ya digər marketinq avtomatlaşdırılması vasitələrindən istifadə etmək
• Satışların təşviqinin izlənməsində, inkişafında və marketinq təşəbbüslərinin səmərəliliyinin hesablanması və təhlilində marketinq və satış qrupuna kömək etmək
• Göstəricilərn təhlili üçün davamlı və keyfiyyətli məlumatın təmin edilməsi üzrə standartlaşdırılmış daxili idarəetmə mexanizmlərinin inkişaf etdirilmək
Həmçinin oxuyun
Tələblər
• Biznes, statistika, iqtisadiyyat, ekonometrika, marketinq üzrə bakalavr dərəcəsi və ya və ya müvafiq aidiyyatı olan sahədə təlim
• Məlumatların hasilatı və təhlili, marketinq araşdırmaları və/və ya layihələrin idarə edilməsi sahəsində 2-5 il iş təcrübəsi
• Marketinq avtomatlaşdırma vasitələri haqqında anlayış
• Komandada işləmə bacarığı, yaxşı ünsiyyət bacarıqları
• Müxtəlif marketinq fəaliyyəti, müştərilərin idarə edilməsi və biznes vahidləri üzrə məlumatların çıxarılması və təhlili daxil olmaqla qabaqcıl analitik və statistik modelləşdirmə bacarıqları
• Şirkət daxili müştərilərə və müdriyyətə təqdimat və tövsiyyələri təqdim etmə bacarıqları
• Böyük verilənlər bazalarının işlədilməsi üzrə təcrübə - Excel (pivot tables, VB scripting), Access, Business Objects, Tableau, və ya SQL
• Eyni zamanda bir neçə layihəni idarə etmə qabiliyyəti
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 İyun 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Marketing Analytics” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
11:43 / 16 Fevral 2026
1
11:39 / 16 Fevral 2026
11
11:34 / 16 Fevral 2026
15
11:19 / 16 Fevral 2026
45
11:11 / 16 Fevral 2026
27
11:06 / 16 Fevral 2026
41
11:01 / 16 Fevral 2026
95
10:53 / 16 Fevral 2026
203
10:28 / 16 Fevral 2026
1832
10:20 / 16 Fevral 2026
54
10:11 / 16 Fevral 2026
36
10:05 / 16 Fevral 2026
163
09:37 / 16 Fevral 2026
1074
09:33 / 16 Fevral 2026
47
09:26 / 16 Fevral 2026
57
09:16 / 16 Fevral 2026
318
08:23 / 16 Fevral 2026
42
23:26 / 15 Fevral 2026
374
23:05 / 15 Fevral 2026
120
22:50 / 15 Fevral 2026
751
22:23 / 15 Fevral 2026
161
22:01 / 15 Fevral 2026
416
21:38 / 15 Fevral 2026
4436
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.