Bakıda işçi axtarılır:Maaş 40 min manat
17 Avqust 2026, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
2700
30.04.2025, 12:20
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 11-də növbəti dəfə avtomobil hərracı keçirəcək.
Oxu24.com bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.
Hərraca 12 nəqliyyat vasitəsi çıxarılacaq.
Bunlar, Ağdam Rayon İcra Hakimiyyətinə məxsus "Nissan Teana", "Cehvrolet Niva" və "Toyota Land-Cruiser Prado" markalı minik avtomobilləri, Səhiyyə Nazirliyinin 1 saylı Bakı Tibb Kollecinə məxsus "VAZ 21074" markalı minik avtomobili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus "Chevrolet Niva LC" markalı minik avtomobili, Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks" Birliyinə məxsus "VAZ 2107" və "QAZ 31105-120" markalı minik avtomobilləri, "QAZ 322131-95" markalı mikroavtobus, "İsuzu", markalı 2 avtobus, Elm və Təhsil Nazirliyinin Azərbaycan Dillər Universitetinə məxsus "Nissan Maxima" markalı minik avtomobili, Prezidentinin İşlər İdarəsi "Zuğulba" İqamətgahına məxsus "ZİL-MMZ-4502" markalı yük avtomobilidir.
Avtomobillərin buraxılış illəri 1991-2013-cü illər, start qiyməti 1 200 - 21 000 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.
Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar.
Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Qeyd:
● Nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.
● Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1758, 1709, 1706 və 1705)
● Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
● Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 09:45-dək aparılır.
00:06 / 21 Avqust 2026
117
00:02 / 21 Avqust 2026
129
23:56 / 20 Avqust 2026
182
23:51 / 20 Avqust 2026
133
23:30 / 20 Avqust 2026
846
23:29 / 20 Avqust 2026
103
23:29 / 20 Avqust 2026
115
23:11 / 20 Avqust 2026
623
22:55 / 20 Avqust 2026
120
22:02 / 20 Avqust 2026
126
21:50 / 20 Avqust 2026
78
21:38 / 20 Avqust 2026
102
21:24 / 20 Avqust 2026
203
20:56 / 20 Avqust 2026
102
20:20 / 20 Avqust 2026
73
20:05 / 20 Avqust 2026
105
19:43 / 20 Avqust 2026
100
19:29 / 20 Avqust 2026
89
19:09 / 20 Avqust 2026
143
18:58 / 20 Avqust 2026
175
18:49 / 20 Avqust 2026
124
18:41 / 20 Avqust 2026
100
18:35 / 20 Avqust 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.