Nəsimi Musayevlə bağlı ŞOK:Uşaqların telefonlarını alıb?
03 Noyabr 2026, 18:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
592
01.03.2022, 23:08
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarından sonra rusiyalı milyarderlərin sərvəti azalıb.
Oxu24.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb.
Belə ki, Rusiyanın 21 ən varlı şəxsi bu il ümumi olaraq 84 milyard dollar itirib.
Rusiyanın Ukraynaya hərbi hücumu başlayandan bəri onların maliyyə itkiləri iki dəfədən çox artıb. Milyarderlər hücumdan sonra cəmi bir gündə 39 milyard dollar itirib. Bu, ötən həftə ölkənin birja bazarında 50% dəyər itirməsinə gətirib çıxarıb.
Rusiya milyarderləri arasında ən çox itki verən "Lukoyl"un sədri, əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. O, bu il 14 milyard dollar, yəni öz sərvətinin 60 faizini itirib. "Bloomberg"ə görə, onun indi sərvəti 8,8 milyard dollardır.
Rusiyanın ən zəngin adamı Vladimir Potanin 6,2 milyard dollar itirib və hazırda sərvəti 24,7 milyard dollara düşüb. Onun prezidenti olduğu "Norilsk Nikel"in səhmlərinin qiyməti London birjasında 56 faiz ucuzlaşıb.
Ural Mədən-Metallurgiya Şirkətinin prezidenti İskəndər Mahmudov milyarderlər siyahısından tamamilə çıxıb.
Andrey Melniçenko bu il qazanc əldə edən yeganə rusiyalı milyarderdir. "Bloomberg"ə görə, onun sərvəti əsasən şəxsi gübrə şirkəti "EuroChem" və termal kömür firması SUEK-dən əldə edilir.
Hələ Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl ABŞ və Böyük Britaniya artıq rus oliqarxlarına və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
"Reuters"in məlumatına görə, Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən şəxslər arasında Putinlə yaxın əlaqələri olan oliqarx Gennadi Timçenko da var. Onun sərvəti bu il 11,3 milyard dollar azaldıqdan sonra indi 11,1 milyard dollar təşkil edir.
Həmçinin oxuyun
20:51 / 03 Noyabr 2026
10
20:49 / 03 Noyabr 2026
11
20:42 / 03 Noyabr 2026
25
20:31 / 03 Noyabr 2026
50
20:28 / 03 Noyabr 2026
3159
20:27 / 03 Noyabr 2026
108
20:20 / 03 Noyabr 2026
104
20:19 / 03 Noyabr 2026
74
20:09 / 03 Noyabr 2026
66
20:00 / 03 Noyabr 2026
74
19:49 / 03 Noyabr 2026
456
19:39 / 03 Noyabr 2026
87
19:39 / 03 Noyabr 2026
92
19:32 / 03 Noyabr 2026
558
19:29 / 03 Noyabr 2026
82
19:25 / 03 Noyabr 2026
184
19:18 / 03 Noyabr 2026
123
19:12 / 03 Noyabr 2026
1123
19:04 / 03 Noyabr 2026
84
18:59 / 03 Noyabr 2026
147
18:53 / 03 Noyabr 2026
584
18:49 / 03 Noyabr 2026
160
18:40 / 03 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.