Türkiyədə güclü partlayış:Xeyli sayda ölən var
09 Noyabr 2026, 18:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
541
16.11.2021, 20:59
"Baş verənlər 44 günlük müharibənin baş verənləri ilə çox bənzəyir”.
Qaynarinfo xəbər verir ki, bunu Ermınistan parlamentinin "Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan bu gün, noyabrın 16-da parlamentdə jurnalistlərlə söhbətində Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə toxunaraq deyib.
"Dünən biz bütün günü sərhəddəki vəziyyətlə bağlı xüsusi sessiya çağırmağa çalışdıq. Amma bizi sənədləri natamam təqdim etməkdə ittiham etdilər. Ermənistan Respublikası ərazisində döyüşlər gedən zaman Milli Məclisdə civə ilə bağlı qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunurdu. Məhz səhər saatlarında bunu əsaslandıraraq, dörd günlük bu görüşü boykot etdik. Təbii ki, tək boykotla problem həll olunmayacaq və biz yalnız boykot vasitəsi ilə mübarizə aparmağı seçməmişik. Məndə elə təəssürat yaranıb ki, biz sentyabrın 27-si səhərini yaşayırıq. Elə bir təəssürat yaranır ki, eyni ssenari səhnələşdirilir, biz yenə ərazilərimizi itirəcəyik, daha çox qurban və yaralılarımız olacaq, yeni təslim aktı imzalanacaq. Bu gün əlimizdə olan mənzərə bir daha şübhə doğurur ki, yeni sənədin imzalanmasına haqq qazandırmaq üçün 27 sentyabr ssenarisi təkrarlanır.
Xamoyanın sözlərinə görə, hazırda fraksiya məlumatları tamamlamalı, konkret olaraq bundan sonra nə edəcəyini başa düşməlidir.
"Sərhəddəki baş verənlər haqqında tam məlumatımız olmadığından, qurbanların, yaralıların, itirilmiş ərazilərin sayına malik olmadığımız üçün hansı tədbirləri görəcəyimizi açıqlaya bilmərəm. Bilmirəm, Nikol Paşinyan bizim partnyorlarımızla əyalət incəliyi ilə, həm də Azərbaycanla operativ əlaqələrlə hansı danışıqlar aparır, Əliyev və Ərdoğana hansı vədlər verir, Putinlə nə danışır, sonra qərarlarını dəyişir. Bütün bunları yalnız güman edə bilərik”, - deyə Aqnesa Xamoyan vurğulayıb.
18:25 / 09 Noyabr 2026
24
18:23 / 09 Noyabr 2026
10
18:14 / 09 Noyabr 2026
46
18:02 / 09 Noyabr 2026
137
17:57 / 09 Noyabr 2026
68
17:56 / 09 Noyabr 2026
47
17:55 / 09 Noyabr 2026
80
17:38 / 09 Noyabr 2026
174
17:36 / 09 Noyabr 2026
99
17:22 / 09 Noyabr 2026
162
17:14 / 09 Noyabr 2026
101
16:56 / 09 Noyabr 2026
748
16:53 / 09 Noyabr 2026
474
16:43 / 09 Noyabr 2026
212
16:37 / 09 Noyabr 2026
170
16:32 / 09 Noyabr 2026
122
16:28 / 09 Noyabr 2026
99
16:25 / 09 Noyabr 2026
336
16:23 / 09 Noyabr 2026
215
16:19 / 09 Noyabr 2026
156
16:06 / 09 Noyabr 2026
846
15:54 / 09 Noyabr 2026
1476
15:49 / 09 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.