Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs..
10 Noyabr 2026, 02:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
665
07.11.2021, 22:21
Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komitəsinin nəzdində qurulmuş İmmiqrasiya və İnteqrasiya Komitəsinin üzvləri Türkiyə-İran sərhədində qeyri-qanuni keçidlərə qarşı görülən tədbirlərlə tanış olmaq üçün sərhədə gəliblər.
Oxu24.com xəbər verir ki, komissiya sədri, AKP-dən olan millət vəkili Atay Uslu sərhədə qaçqın axını ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, getdikləri ərazilər son illərdə sərhədi qeyri-qanuni yollarla keçməyə çalışan qaçqınlar, qaçaqmalçılar və terrorçular üçün ən kritik yerdir: “Sərhədin ən ucqar nöqtəsinə getdik. 3500 metr yüksəkliyə qalxdıq. Dövlət sərhəd divarları, yollar çəkir. İnşa ediləcək yol təqribən 1000 kilometr ərazi olacaq”.
Uslu bildirib ki, Türkiyə ilə İran arasında sərhəd divarları, işıqlandırma sistemləri, optik sistemlər, sensorlar, gecəgörmə sistemləri, rabitə qüllələri tikilir: “Bütün sərhəd fiziki və texnoloji nəzarət altındadır. Getdiyimiz bölgə sərhədin ən vacib 65 kilometri idi. Burada divar hörmək imkanı olmadığı üçün eni 4 metr, dərinliyi 4 metr olan xəndəklər qazılır”.
Uslu Türkiyənin Taliban rejimi ilə heç bir əlaqəsinin olmadığı üçün əfqan qaçqınları geri göndərməyin asan olmadığını deyib:
“İran atəş açaraq qaçqınları sərhədimizə sıxışdırırdı. Hətta sərhədi keçəndə “Türk əsgərləri sizə atəş açmaz, keçib gedin” deyirdilər”.//teleqraf
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.