Qaynar xətt:

(+99450) 247 90 86

COVİD-19 vaksini vurdurmayanlara çörək satılmayacaq .

COVİD-19 vaksini vurdurmayanlara çörək satılmayacaq .

DÜNYA

1531

02.08.2021, 17:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Türkiyədə COVİD-19 vaksini ilə bağlı maraqlı addım atılıb.

 
OXU24.COM bildirir ki, İstanbulun 6 bölgəsində vaksin olunmayan şəxslərə çörək satılmaması haqqında qərar qəbul edilib.

Sözügedən bölgələr arasında Bakırköy, Güngören, Bağcılar, Bahçelievler, Bayrampaşa ve Esenler yer alır. Qərara görə, qeyd edilən ərazilərdə yerləşən çörək dükanlarına peyvəndsiz girmək də mümkün olmayacaq.

İstanbul çörəkçilər mərkəzinin Esenler nümayəndəsi Mustafa Çiçək bildirib ki, qərara səbəb yoluxmaların artması olub. 

"Hazırda yoluxmalar sürətlə artır və proses bizi narahat edir. Biz də çörəkçilər olaraq öhdəmizə düşəni etməyə çalışırıq. Vaksin qərarının qısa zamanda 39 bölgəyə də şamil ediləcəyini düşünürəm. Hətta bütün Türkiyədə bunun tətbiq edilməsinin tərəfdarıyıq”, - deyə o əlavə edib.