Qaynar xətt:

(+99450) 247 90 86

Bağdadı partlatdılar: Xeyli sayda adam öldü

Bağdadı partlatdılar: Xeyli sayda adam öldü

DÜNYA

496

20.07.2021, 08:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bağdadda baş verən terror aktı nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər yaralanıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Shafaq News xəbər portalı xəbər verib.

Bildirilir ki, bomba əsasən şiələrin sıx yaşadığı Bağdadın şərq bölgəsi olan Madinat-Sadrın yaxınlığındakı bazarda partladılıb.

Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib. Bundan əlavə, baş nazirin tapşırığı ilə partlayışın baş verdiyi rayonun federal polis qüvvələrinin komandanlarından biri həbs edilib.