Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan təhlükədə: Prezidentlə  baş  nazir  bir-birinə düşmən kəsildi

Ermənistan təhlükədə: Prezidentlə  baş  nazir  bir-birinə düşmən kəsildi

DÜNYA

5270

28.02.2021, 19:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası tərəfindən Prezident Armen Sərkisyanın mümkün impiçment prosesi gündəmə gətirilməyə başlanıb.

Oxu24.com -un  “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan “Facebook” səhifəsində yazıb ki, buna səbəb Prezident Armen Sərkisyanın Baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini imzalamaqdan imtina etməsidir.

V. Ovakimyan nəzərə çatdırıb ki, Konstitusiyanın 139-cu maddəsinə əsasən, Prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir.

İlk baxışdan da Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini də Prezident geri qaytararkən bu hüququndan istifadə edib: “Ancaq əslində məsələ belə deyil. Prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. Bu halda Baş nazir Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində Baş Qərargah rəisini vəzifədən azad olunmasını təklif edib. Hətta insan ən emosional təxəyyüllə bu prosesdə Konstitusiyaya zidd element görə bilməz.

Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altınla qoya və stabilliyi poza bilər.

Buna görə də Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq Prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar var”.

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah N. Paşinyanın istefasını tələb etdikdən sonra Baş nazir Baş Qərargah rəisinin istefası ilə bağlı Prezidentə sərəncam layihəsi təqdim edib. N. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd adlandırıb.

Digər xəbərlər

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

1

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

14

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

37

0
medialiteracy-media-gov
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

140

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

73

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

84

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

76

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

73

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

235

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

85

0
Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

16:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

88

0