Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan çaşıb Bakıya təlim raketini atıbmış - Rus EKSPERTDƏN  sensassion AÇIQLAMA

Ermənistan çaşıb Bakıya təlim raketini atıbmış - Rus EKSPERTDƏN  sensassion AÇIQLAMA

DÜNYA

2361

25.02.2021, 14:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” operativ-taktiki raketlərinin yararsız olduğu və Qarabağ müharibəsi zamanı tətbiq edilsə də partlamadığı, yaxud “10 faiz partladığı” haqda bəyanatı Rusiyada fırtına effekti yaradıb.

Oxu24.com  xəbər verir ki, rəsmi Moskva Rusiyanın ən dəqiq və qorxunc silahlarından biri kimi illərdir reklam olunan “İsgəndər”lərin bu cür gözdən salınmasına hələ münasibət bildirməyib. Amma rusiyalı siyasətçilər, hərbi ekspertlər, Dövlət Dumasının üzvləri Paşinyanı necə deyərlər, ağ yuyub qara sərməkdədir.

“Komsomolskaya pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik və Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Viktor Baranets isə sensasion məqamı açıqlayıb. Bildirib ki, həqiqətən erməni hərbçilərinin tətbiq etdiyi  “İsgəndər” raketləri partlamayıb. Çünki həmin raketlərdə döyüş başlıqları yox idi və təlim raketləri idi.

 

“Paşinyanın kreslosu bərk laxladığı bir vaxtda o, birdən oyun oynamağı qərara alır: mən günahkar deyiləm, ruslardan “pis” hərbi texnika almışdıq, hansı ki, işə yaramır və ya ancaq 10 faiz partlayır. Üstəlik Paşinyandan dərhal soruşublar: bu necə olur ki, döyüş başlığının ancaq 10 faizi partlayır? Cavabında deyib ki, bilmir, yəqin 80-ci illərin silahlarıdır, ona görə”,-Viktor Baranets deyib.

Polkovnik əlavə edib ki, “İsgəndər”lərin Rusiya ordusunun silahlanmasına qəbul edilməsi 2029-cu ildə ancaq başa çatdırılıb, 2006-cı ildə isə onun silahlanmaya daxil edilməsi başlamışdı. “Nə 80-ci illər? Paşinyan bivecin biridir. Onun bəyanatı baş nazirin bəyanatı deyil, Kaşenko adına kliniki psixiatrik xəstəxanasının pasiyentinin bəyanatıdır”,-rusiyalı polkovnik deyib.

 


Viktor Baranetsin sözlərinə görə, Paşinyan 10 faiz haqda elə-belə danışmayıb. Belə ki, Rusiya Ermənistana “İsgəndər”lərin ixrac variantını verib və bu isə taktiki-texniki göstəriciləri aşağı salınmış texnikadır: “Hansı ki, biz bu haqda həmişə deyirik. Raket kompleksinin döyüş gücü 10 faiz azaldılıb. Və ermənilər də bu haqda texnikanı alanda bilirdilər və ona qarşı heç nə deməmişdilər”.

Viktor Baranets daha sonra məsələni Ermənistanda, Gümrüdə xidmət edən rusiyalı raketçilərlə müzakirə etdiyini deyib. Hansı ki, onlar erməni ordusuna yaxşı bələd olan adamlardır.

 

“Onlardan biri mənə erməni ordusu haqda lətifəyə oxşayan və olmuş əhvalat danışdı. Münaqişə başlayanda erməni ordusunda hökm sürən “bardak” şəraitində onlar əsl raket əvəzinə təlim raketini buraxıblar. Onlarda təlim raketləri də olub və yəqin fikirləşiblər ki, heç vaxt “İsgəndər”lərdən atəş açası olmayacaqlar, sənədləri isə itiriblər. Buraxılış qurğusunu görüblər və raketi buraxıblar. Ona görə də raketlər partlamayıb: orada döyüş başlığı olmayıb”,-Viktor Baranets bildirib.

Polkovnik əlavə edib ki, Paşinyanın dediklərini müttəfiq ölkənin başçısı deyə bilməz. Bu, qeyri-dost addımıdır və ona görə cavab vermək lazım gələcək. “Ermənistanda indi hansısa antirusiya prosesləri baş verir. Ermənistan “İsgəndər”lərə sahib olan yeganə xarici ölkədir. Bir çox ölkələr bu yüksək dəqiqlikli silahı almaq üçün növbəyə düzülüblər. İstisna etmirəm ki, amerikalılar “İsgəndər”lərin imicini korlamağın əvəzində Paşinyanın qulağına dəstək haqda nəsə pıçıldayıblar”,-o qeyd edib.(virtualaz.org)

Teymur Hacıyev işdən çıxarılıb

19:23 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Teymur Hacıyev işdən çıxarılıb

79

0
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

80

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

83

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

90

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

90

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

103

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

89

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

94

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

106

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

351

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

113

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

117

0