Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın indiyədək Qarabağa göndərdiyi humanitar yardımın həcmi açıqlanıb

Rusiyanın indiyədək Qarabağa göndərdiyi humanitar yardımın həcmi açıqlanıb

DÜNYA

2079

23.02.2021, 11:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağa növbəti humanitar yardım karvanını göndərib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Rusiya FHN-in humanitar yardım karvanı bu gün İrəvan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.

Rusiya FHN-in əməkdaşı Yevgeni Qorelov jurnalistlərə açıqlamasında bildirib ki, humanitar yardım tikinti materiallarından ibarətdir: “6 yük avtomobili və onları müşayiət edən 2 avtomobil Xankəndinə çatacaq. Humanitar yardım silahlı münaqişədən əziyyət çəkən vətəndaşlar üçün nəzərdə tutulub”.

Y. Qorelov qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərilib.