Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

XƏBƏR LENTİ

01 Sentyabr 2024
Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib - BİRGƏ MƏLUMAT
Milli Məclisə seçkilərlə bağlı səsvermə başa çatıb
Ərdoğan şahzadə ilə danışdı
Məhbuslar üsyan qaldırdı: xəsarət alanlar var
Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində öldü
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Şəmkirdə bir nəfər su anbarında batdı
Seçki ilə bağlı "Qaynar xətt"ə müraciət daxil olmayıb -Mətbuat Şurası
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib
Xalq artisti gül satan qocaya 200 manat verdi - VİDEO
Bananın bilmədyiniz müalicəvi xüsusiyyətləri
BÜTÜN XƏBƏRLƏR
49101
az

Saniyədə 1 avro qazanan Ronaldonun bahalı həyatı

21:5822 Fevral, 2021
2166
DÜNYA
  • A

Dünyanın ən məşhur futbolçularından olan Kristiano Ronaldo hər zaman stadionda göstərdiyi performansla gündəmdə olub. Son zamanlar isə onun vurduğu qollar yox, bahalı zinət əşyaları kolleksiyaları, avtomobilləri və s. müzakirə olunur.

Oxu24.com Musavat.com-a istinadla məşhur futbolçunu yenidən gündəmə gətirilən bahalı yaşam tərzi haqqında bir neçə maraqlı faktları təqdim edir:

2018-ci ildə "Yuventus"un futbolçusu Kristiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Mançester Yunayted"lə oyun öncəsi iştirak etdiyi mətbuat konfransında bahalı aksessuarları ilə diqqət çəkmişdi. Ronaldo 424 ağ və qırmızı brilyantla bəzənmiş "Jacob Co Caviar Tourbillon” şirkətinin hazırladığı saat taxaraq konfransa gəlmişdi.

Qeyd edək ki, buna oxşar saatı məşhur Nigeriya repçisi Vizkidin sifariş verdiyi dünya mətbuatında yazılsa da, Ronaldonun saatı bir qədər fərqli dizaynda və daha bahalıdır.

Bundan sonra "Yuventus"un futbolçusu Kristiano Ronaldo 2019-cu ildə Dubayda "Globe Soccer Awards" mükafatlarının təqdimetmə mərasimində növbəti bahalı saatı və bijüteriyaları ilə diqqət çəkib.

Portuqaliyalı hücumçu qiyməti ümumilikdə 737 min avro (1 milyon 400 min manat) olan üzük və bilərzik taxıb. 36 yaşlı oyunçunun saatının qiyməti isə 450 min avrodur (857 min manat).

Ronaldo dünyada brend marka sayılan ROLEX saatının ən bahalı modelini istifadə edən məşhurlardandır. Sözügedən saat 18 əyar ağ qızıl və 30 karat brilyant ilə hazırlanıb.

Bundan başqa 2020-ci ildə məşhur futbolçu sevgilisi Corcina Rodrigesə gözləri qamaşdıracaq bir üzük hədiyyə edib. "Cartier” istehsalı olan bu üzüyün qiyməti isə 615 min funt-sterlinqdir.

Bu, tarixdə futbolçuların sevdiklərinə bağışladığı ən bahalı üzük sayılır.

Qeyd edək ki, məşhur futbolçunun zinət əşyaları ilə yanaşı bahalı avtomobil kolleksiyası da var. 36 yaşlı hücumçu bir neçə gün əvvəl aldığı "Bugatti Centodieci” avtomobili ilə gündəmə gəlmişdi. O, bu avtomobil üçün 8 milyon avro xərcləyib.

Bildirilir ki, avtomobil hələ sınaq mərhələsindədir, Ronaldo ondan gələn il istifadə edəcək.

Onu da bildirək ki, bu avtomobildən dünyada cəmi 10 ədəd istehsal edilib. 1600 at gücündə olan avtomobil dünyanın ən sürətli idman avtomobillərindən biri kimi göstərilir.

Ronaldonun qarajındakı avtomobillərin ümumi dəyəri 30 milyon avrodur. Onların arasında "Ferrari F430”, "Phantom Rolls-Royce”, "Lamborghini Aventador”, "Maserati GranCabrio”, "Bentley Continental GTC” və iyul ayında 750 000 funt sterlinqə aldığı "McLaren Senna” da var.

Kristiano Ronaldo təkcə futboldan deyil, digər sahələrdən də böyük pullar qazanır. Məşhur ulduzun bir neçə şirkəti var.

2018-ci ildə alt paltarı firmasının istehsal etdiyi yeni markaların təqdimatı üçün kamera qarşısına keçən Ronaldonun həmçinin idman ayaqqabıları, geyimləri və corablar istehsal edən firmaları, Portuqaliyada öz adını daşıyan 2 oteli fəaliyyət göstərir. Onun həmçinin dünyanın ən böyük şirkətləri ilə sponsorluq müqavilələri var. Ronaldonun sərvətinin 2 milyard dollardan artıq olduğu bildirilir.

Kristiano Ronaldo hətta sosial şəbəkələrdən də gəlir əldə edir.

36 yaşlı hücumçunun təkcə İnstaqramda etdiyi bir paylaşımın qiyməti 1 milyon 250 min dollar dəyərindədir.

Bu platformada Ronaldonu 263 milyon nəfər izləyir.

Ronaldonun sosial şəbəkələrdə izləyənlərin ümumi sayı isə 500 milyon nəfərdir. Bu da dünya statistikasına görə əlçatmaz rekord sayılır.

Son olaraq sizlərə Ronaldonun futboldan qazandığı pul haqqında maraqlı bir detalı təqdim edirik. Dünya mətbuatındakı futbol analitikləri Ronaldonun maaşını bu cür sıralayır. 4 ilə 120 milyon avro, 1 ilə 30 milyon avro, 1 aya 2.5 milyon avro, 1 həftəyə 625 min avro, 1 günə 89.285 avro, 1 saata 3.720 avro, bir dəqiqəyə 62.39 avro, 1 saniyədə isə 1.03 avro qazanır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İndi də İstanbuldan Rusiyaya uçur -Avqustun 31-də...
Alen Delon dəfn edildi -FOTO
79 yaşlı aktrisanın yeni eşqi -FOTO

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində öldü