Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlıların yaşadığı bu kənddə virus sürətlə yayılır - NƏZARƏTƏ GÖTÜRÜLDÜ

2020/05/15/1589527260_1589526757_158952516717110040355ebe3aaf3bd2b.jpeg

DÜNYA

1750

15.05.2020, 11:19

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndinə giriş-çıxış bağlanıb.
"Report”un yerli bürosu xəbər verir ki, kənd ciddi karantin zonası elan edilib.
Buna səbəb ötən gün kənddə koronavirusa 8 yeni yoluxma halının təsdiq olunmasıdır. Səhər saat 06:00-dan etibarən Geta kəndi tam təcrid olunub və əhali arasında tibbi müayinə həyata keçirilir. Ötən gün rayonun Muşevani (Dəllər) kəndində də daha 9 nəfərdə koronavirus aşkarlanıb. İndiyədək Bolnisidə COVID-19-a 139 nəfər yoluxub. Onların 49-u sağalıb, 3-ü isə dünyasını dəyişib, 78 nəfər özünütəcriddə, 69 nəfər isə karantindədir. Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə mayın 18-dən etibarən Bolnisidə əlavə karantin qaydaları tətbiq olunacaq.