Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı
09 May 2026, 00:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1000
11.05.2020, 18:10
Ermənistanın Baş Naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi, onlarla əməkdaşlıq etdiyi məlum olub.
APA xəbər verir ki, bu barədə Ermənistanın iravunk.am saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Baş Nazir daha əvvəl babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib:
“Nikol Paşinyan, 1913-1943, 554-cü motoatıcı alayın 138-ci diviziyası”.
Həmçinin oxuyun
Bu paylaşımdan sonra Ermənistan mətbuatı araşdırma apararaq, baba Paşinyanın əslində faşistlərə xidmət etdiyini üzə çıxarıb. Mətbuatın araşdırması zamanı məlum olub ki, 23.12.1913 tarixində Ermənistan SSR-in Yenokavan bölgəsində anadan olmuş Nikol Paşinyan düşmənlə əməkdaşlıq edib və öldürülüb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu dəfələrlə daha bəyan edib. Azərbaycan Prezidenti müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib. Lakin Nikol Paşinyan Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına haqq qazandırmağa çalışıb.
00:48 / 09 May 2026
1
00:30 / 09 May 2026
31
00:21 / 09 May 2026
32
00:00 / 09 May 2026
49
23:40 / 08 May 2026
55
23:25 / 08 May 2026
117
23:17 / 08 May 2026
179
22:47 / 08 May 2026
170
22:38 / 08 May 2026
68
22:28 / 08 May 2026
211
22:14 / 08 May 2026
95
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
60
21:59 / 08 May 2026
57
21:48 / 08 May 2026
1127
21:39 / 08 May 2026
226
21:29 / 08 May 2026
85
21:10 / 08 May 2026
185
20:52 / 08 May 2026
271
20:48 / 08 May 2026
124
20:36 / 08 May 2026
79
20:18 / 08 May 2026
89
20:07 / 08 May 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.