Qaynar xətt:

(+99450) 247 90 86

Tramp ailəsində ŞOK: köməkçisi koronavirusa yoluxdu

Tramp ailəsində ŞOK: köməkçisi koronavirusa yoluxdu

DÜNYA

636

09.05.2020, 12:24

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın şəxsi köməkçisi koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası yazıb.

Məlumata görə, son bir neçə həftədə İvankanın köməkçisi onun yaxınlığında olmayıb. Bununla yanaşı, İvanka Tramp və həyat yoldaşı Cerad Kuşnerin koronavirus testi neqativ çıxıb.

Lakin koronavirusun Ağ Evin divarlarını aşa bildiyi haqda məlumatlar var. Belə ki, Trampın köməkçisi Mayk Pensin media üzrə nümayəndəsi Keita Millerin koronavirus testi pozitiv çıxıb.