Oxu24.com qafqazinfo-ya istinadla xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər mayın 31-dək uzadılıb.
Bu barədə şəhər meri Sergey Sobyanin fərman verib.
Əksər təşkilatların, eləcə də mədəniyyət müəssisələrinin, parkların açılmasına qoyulan qadağa davam edəcək. Ancaq mayın 12-dən etibarən sənaye və tikinti müəssisələrinin fəaliyyəti bərpa olunacaq.
Bundan başqa, 1-ci, 8-ci və 10-cu siniflərin şagirdləri 18-31 may tarixlərində onlayn dərslərə davam edəcəklər. 9 və 11-ci sinif şagirdləri də distant təhsil alacaqlar. Ümumi illik qiymətləndirmə 15 maydan gec olmayaraq aparılacaq.
Əvvəllər verilmiş iş icazələri avtomatik olaraq mayın 31-dək uzadılacaq
Oxu24.com
ŞƏRHLƏR