Türkiyənin 9 bölgəsində xəbərdarlıq elan edildi
15 Fevral 2026, 23:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
776
07.05.2020, 02:00
Dünyada koronavirusa yoluxanların sayı 3,6 milyon nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilat bildirib ki, son bir gündə dünyada COVID-19-a daha 71 min nəfər yoluxub. Eyni zamanda təsdiq edilmiş ölüm hallarının sayı daha 4 min artaraq 247 mini ötüb.
ÜST-ün son məlumatına görə, dünyada virusa yoluxanların sayı 3 588 463 nəfər təşkil edir, 247 503 pandemiyanın qurbanı olub. Son bir gündə dünyada COVID-19-a yoluxanların sayı 71 463 nəfər, ölənlərin sayı 4 102 nəfər artıb.
Həmçinin oxuyun
Avropa hələ də koronavirusa yoluxanların və ölənlərin ümumi sayına görə öndədir. Köhnə qitədə COVID-19-a 1 593 828 nəfər yoluxub, 147 780 pasiyent ölüb. Bu qitədə son 24 saatda virusa yoluxanların sayı 27 179, ölənlərin sayı 2 178 nəfər artıb.
Şimali və Cənubi Amerikada virusa 1 507 148 insan yoluxub, 81 070 nəfər ölüb. Bu region son bir gündə COVID-19-a yoluxma sayına (29 701) görə Avropanı üstələyib. Amerika qitəsində son gündə 1 480 pandemiya qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
11:43 / 16 Fevral 2026
1
11:39 / 16 Fevral 2026
11
11:34 / 16 Fevral 2026
15
11:19 / 16 Fevral 2026
45
11:11 / 16 Fevral 2026
27
11:06 / 16 Fevral 2026
41
11:01 / 16 Fevral 2026
95
10:53 / 16 Fevral 2026
203
10:28 / 16 Fevral 2026
1832
10:20 / 16 Fevral 2026
54
10:11 / 16 Fevral 2026
36
10:05 / 16 Fevral 2026
163
09:37 / 16 Fevral 2026
1074
09:33 / 16 Fevral 2026
47
09:26 / 16 Fevral 2026
57
09:16 / 16 Fevral 2026
318
08:23 / 16 Fevral 2026
42
23:26 / 15 Fevral 2026
374
23:05 / 15 Fevral 2026
120
22:50 / 15 Fevral 2026
751
22:23 / 15 Fevral 2026
161
22:01 / 15 Fevral 2026
416
21:38 / 15 Fevral 2026
4436
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.