Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur rus yazıçısı vəfat edib

Məşhur rus yazıçısı vəfat edib

DÜNYA

37

07.09.2026, 23:16

Rusiya Federasiyasının Əmək Qəhrəmanı və Adıgey, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Abxaziyanın xalq yazıçısı İshaq Maşbaş vəfat edib.

Oxu24.com xəbər verir  ki,Adıgeyin rəhbəri Murat Kumpilov faciəli xəbəri 7 sentyabr axşamı özünün "Max messenger" kanalında açıqlayıb.

Maşbaşın 96 yaşı var idi. İshaq Maşbaş həyatı boyu yüzlərlə şeir və nəsr əsəri yaradıb. O, Adıgey Yazıçılar Birliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Bundan əlavə, o, Adıgey ədəbiyyatının milli yaradıcı birliyə inteqrasiyası istiqamətində mühüm işlərə rəhbərlik edib.

"İshaq Şumafoviç son gününə qədər enerji, ideya və planlarla dolu yaradıcılıqla məşğul olmuşdur. Bu, şəxsən mənim üçün böyük itkidir. Mən həmişə böyük dostum və müdrik müəllimim İshaq Şumafoviçi xatırlayacağam", - deyə Kumpilov yazıb.

Yazıçı sentyabrın 8-də Urupski kəndində dəfn olunacaq.

Nigar