12 yaşlı uşaq qızıl külçəsi tapdı
07 Noyabr 2026, 17:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
472
07.09.2026, 22:44
İngiltərə və Nigeriya vətəndaşı olan sosial şəbəkə fenomeni və iş adamı İqo "Tayni" Ubiribo (Igho “Tiny” Ubiribo) Tailandda etdirdiyi cinsiyyət orqanının böyüdülməsi prosedurundan sonra həyatını itirib.
Oxu24.com xəbər verir ki, Böyük Britaniyadakı Məhkəmə Tibbi Ekspertizası ölümün tibbi müdaxilə zamanı istifadə edilən maddələrin ağciyər emboliyasına səbəb olması nəticəsində baş verdiyini təsdiqləyib.
Hadisə iş adamının həyat yoldaşı Deniel Simba Allen ilə birgə Tailandda istirahətdə olduğu zaman baş verib. Məhkəmə materiallarına əsasən, mart ayında Banqkokdakı klinikalardan birində Ubiriboya 40 millilitr hialuron turşusu və lidokain iynəsi vurulub.
Prosedurdan sonra həyat yoldaşı ilə birlikdə masaja gedən iş adamının qəfil sinəsində kəskin ağrılar başlayıb və o, iki dəfə huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan Ubiribo həkimlərin məsləhət gördüyü kompyuter tomoqrafiyasından keçirilə bilmədən yenidən komaya düşüb. Sağlamlıq komandasının 100 dəqiqədən çox davam edən reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə tibb eksperti Cin Harkin (Jean Harkin) meyitin yarılması zamanı ağciyərlərdə tətbiq olunan hialuron turşusu ilə eynilik təşkil edən hüceyrə materiallarının tapıldığını və ölümün birbaşa kosmetik prosedurun fəsadı kimi meydana gələn ağciyər emboliyasından qaynaqlandığını açıqlayıb.
Qeyd edək ki, "Instagram"da 185 minə yaxın izləyicisi olan 38 yaşlı fenomen dəbdəbəli həyat tərzi ilə tanınırdı. O, Londonda təşkil edilən dəbdəbəli dəfn mərasimi ilə təxminən 745 min dollar dəyərində olan qızıl örtüklü tabutda torpağa tapşırılıb.
19:07 / 07 Noyabr 2026
33
19:04 / 07 Noyabr 2026
22
18:55 / 07 Noyabr 2026
27
18:53 / 07 Noyabr 2026
67
18:52 / 07 Noyabr 2026
93
18:22 / 07 Noyabr 2026
69
18:12 / 07 Noyabr 2026
78
18:08 / 07 Noyabr 2026
69
17:52 / 07 Noyabr 2026
560
17:37 / 07 Noyabr 2026
249
17:34 / 07 Noyabr 2026
931
17:32 / 07 Noyabr 2026
111
17:30 / 07 Noyabr 2026
100
16:55 / 07 Noyabr 2026
94
16:31 / 07 Noyabr 2026
111
15:55 / 07 Noyabr 2026
122
15:23 / 07 Noyabr 2026
617
15:17 / 07 Noyabr 2026
167
15:02 / 07 Noyabr 2026
316
14:52 / 07 Noyabr 2026
693
14:47 / 07 Noyabr 2026
213
14:41 / 07 Noyabr 2026
322
14:36 / 07 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.