Bu gün general olan hərbçilər kimlərdir? - Foto
07 Noyabr 2026, 15:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1352
07.09.2026, 14:28
Bakı metrosunda nəzərdə tutulan 302 milyon dollarlıq nəhəng layihə çərçivəsində siqnalizasiya və idarəetmə sistemlərinin tam yenilənməsi, eləcə də qatarlararası intervalların kəskin azaldılması planlaşdırılır. Paytaxt nəqliyyatının yükünü əhəmiyyətli dərəcədə azaltması gözlənilən bu layihə sərnişin təhlükəsizliyini maksimum dərəcədə təmin etməklə yanaşı, hərəkətin intensivliyini artırmağı hədəfləyir. Layihənin uğurla icrası həm də uzun illərdir metropoliten infrastrukturunda yaşanan texniki ləngimələrin və sıxlığın aradan qaldırılmasına imkan verəcək. Xüsusilə "28 May" stansiyasındakı xətlərin kəsişməsi probleminin köklü həlli və infrastrukturun modernləşdirilməsi metrodan istifadə edən yüz minlərlə sərnişinin gündəlik gediş-gəlişini rahatlaşdıracaq. Mövzu ilə bağlı ayrılan iri həcmli vəsaitin effektivliyi və layihənin gözlənilən nəticələri ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, metropolitenin hazırda ən vacib ehtiyacı rəqəmsallaşma və texnoloji yenilənmə prosesinin sürətləndirilməsidir.
"Rəqəmsallaşma tam bitmədən dəqiq qrafik vermək mümkün deyil"
Ekspertin sözlərinə görə, Bakı Metropoliteni rəhbərliyi ilə keçirilən görüşlərdə də qurumun rəqəmsallaşmaya böyük ehtiyacının olduğu vurğulanıb:
"Ayrılan büdcənin əsas istiqamətlərindən biri rəqəmsallaşma və modern idarəetmə sistemlərinin tətbiqi olmalıdır. Yalnız bu işlər tamamlandıqdan sonra sərnişinlərə qatarların dəqiq gəliş vaxtı və hərəkət cədvəli təqdim oluna bilər. Hazırda aparılan təmir və yenidənqurma işləri çərçivəsində də bir neçə mühüm texniki problem paralel olaraq həllini tapır”.
Raqif Raugoğlu qeyd edib ki, layihə çərçivəsində xətlərin ayrılması ilə yanaşı, illərdir davam edən fiziki məhdudiyyətlər də aradan qaldırılacaq:
“28 May” stansiyasından “Nizami” istiqamətinə gedəndə qatarların hərəkətində həmişə ləngimə müşahidə olunur. Bunun səbəbi vaxtilə həmin tuneldə inşa olunan dar keçid idi ki, qatarlar oradan yüksək sürətlə keçə bilmirdi. Metropoliten rəhbərliyi bu təmir müddətində həmin texniki maneəni də tamamilə aradan qaldırmağı planlaşdırır”.
Raqif Raufoğlu vurğulayıb ki, layihənin ən böyük üstünlüklərindən biri xətlərin müstəqilləşdirilməsi olacaq:
"Yeni qırmızı xətt inşa olunacaq və digər xətlərlə kəsişməyən, tamamilə müstəqil bir marşrut formalaşacaq. Hazırda “28 May” stansiyasında platformada gözləyən sərnişin üçün gələn hər qatar onun istədiyi istiqamət olmur – bir qatar 'Sahil', növbəti qatar isə 'Elmlər Akademiyası' istiqamətinə gedir. Xətlər tam ayrıldıqdan və hər xəttin öz deposu formalaşdıqdan sonra hər kəs öz platformasında yalnız öz qatarını gözləyəcək. Bu isə qatarlararası intervalın ən azı iki dəfə azaldılması deməkdir”.
Raqif Raufoğlu əlavə edib ki, 302 milyon dollarlıq vəsaitin rəqəmsallaşma və infrastrukturun yenilənməsinə yönəldilməsi Bakı metrosunun həm təhlükəsizlik, həm də səmərəlilik göstəricilərini beynəlxalq standartlara çatdıracaq.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
15:23 / 07 Noyabr 2026
156
15:17 / 07 Noyabr 2026
52
15:02 / 07 Noyabr 2026
146
14:52 / 07 Noyabr 2026
401
14:47 / 07 Noyabr 2026
105
14:41 / 07 Noyabr 2026
170
14:36 / 07 Noyabr 2026
88
14:18 / 07 Noyabr 2026
146
13:57 / 07 Noyabr 2026
373
13:41 / 07 Noyabr 2026
830
13:27 / 07 Noyabr 2026
351
13:12 / 07 Noyabr 2026
115
13:03 / 07 Noyabr 2026
404
12:49 / 07 Noyabr 2026
117
12:45 / 07 Noyabr 2026
128
12:45 / 07 Noyabr 2026
152
12:36 / 07 Noyabr 2026
340
12:23 / 07 Noyabr 2026
128
12:16 / 07 Noyabr 2026
723
11:58 / 07 Noyabr 2026
342
11:53 / 07 Noyabr 2026
510
11:45 / 07 Noyabr 2026
143
11:35 / 07 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.