Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
07 Noyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3261
07.09.2026, 19:50
Oxu24.com xəbər verir ki,iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.
2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməsi və artırılması gözlənilirmi? Artımın hansı göstərici əsasında hesablanacağı və faizinin nə qədər olacağı artıq müəyyənləşibmi?
Məsələ ilə bağlı sayt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, ölkəmizdə digər sosial ödənişlər kimi, pensiyaların da mütəmadi artımı təmin edilib:
“2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində minimum və orta aylıq pensiyalarda 3 dəfəyə qədər artım baş verib. Pensiya artımlarında pensiyaların hər ilin əvvəlində indeksləşdirilərək artırılması mühüm rola malikdir”.
Qurumdan bildirilib ki, hər ilin əvvəlində pensiyaların indeksləşdirilərək artırılması orta aylıq əməkhaqqının əvvəlki il üzrə artım göstəricisi əsasında həyata keçirilir:
“Yəni hər il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də həmin qədər pensiya artımı təmin edilir. 2026-cı ilin əvvəlindən də bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb. Artım 1,1 milyon pensiyaçıya şamil olunub.
Qarşıdakı dövrdə də hər ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən təqdim ediləcək göstərici əsasında bu artımlar tətbiq olunacaq”.
Həmçinin oxuyun
16:55 / 07 Noyabr 2026
1
16:31 / 07 Noyabr 2026
55
15:55 / 07 Noyabr 2026
76
15:23 / 07 Noyabr 2026
428
15:17 / 07 Noyabr 2026
120
15:02 / 07 Noyabr 2026
232
14:52 / 07 Noyabr 2026
554
14:47 / 07 Noyabr 2026
160
14:41 / 07 Noyabr 2026
245
14:36 / 07 Noyabr 2026
123
14:18 / 07 Noyabr 2026
204
13:57 / 07 Noyabr 2026
479
13:41 / 07 Noyabr 2026
1042
13:27 / 07 Noyabr 2026
494
13:12 / 07 Noyabr 2026
128
13:03 / 07 Noyabr 2026
462
12:49 / 07 Noyabr 2026
134
12:45 / 07 Noyabr 2026
143
12:45 / 07 Noyabr 2026
185
12:36 / 07 Noyabr 2026
380
12:23 / 07 Noyabr 2026
143
12:16 / 07 Noyabr 2026
796
11:58 / 07 Noyabr 2026
374
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.