Qaynar xətt:

(+99450) 247 90 86

Zəngəzur sərhədində gərginlik: Həkəri körpüsü ətrafında nə baş verir? –  ŞƏRH  

Zəngəzur sərhədində gərginlik: Həkəri körpüsü ətrafında nə baş verir? –  ŞƏRH  

SİYASƏT

49

07.09.2026, 16:33

Zəngəzur bölgəsində, Həkəri körpüsü yaxınlığındakı sərhəd sahəsinin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında fikir ayrılığının olduğu bildirilir. Kornidzor kəndinin rəhbəri vəzifəsini icra edən Suren Amaryan Azərbaycan tərəfinin körpüyə bitişik ərazinin Azərbaycana məxsus olduğunu bildirdiyini və irəliləmək istədiyini iddia edib. İrəvanın bu cür iddialarla çıxış etməsi iki ölkə arasında davam edən sülh prosesinə və əldə olunması gözlənilən razılaşmalara mənfi təsir göstərə bilər. Qeyd edək ki, işğal dövründə Ermənistan Azərbaycan torpaqları hesabına dövlət sərhədlərini qanunsuz şəkildə irəli çəkərək süni neytral zonalar formalaşdırmışdı. Müharibədən sonra isə Azərbaycan həm sahədə atdığı addımlarla, həm də diplomatik masada bu pozuntuları mərhələli şəkildə aradan qaldırır. Sərhəddə yaranan mübahisəli məsələlər ikitərəfli komissiyalar çərçivəsində həll olunmalı olsa da, Bakı öz suveren ərazilərində sərhəd xəttinin bərpasında qətiyyətlidir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Asif Nərimanlı baş verən prosesləri, Ermənistanın mövqeyini və Azərbaycanın atdığı addımları ətraflı şərh edib:

“Ermənistanın bu mövqeyi sülh prosesinə mənfi təsir göstərə biləcək amildir. Çünki, Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə yanaşı, sərhədin delimitasiyası da paralel aparılır və bununla bağlı mühüm razılaşmalar əldə olunub. Birgə komissiyalar fəaliyyət göstərir və tərəflər arasında artıq birbaşa təmas var – həm Azərbaycan, həm də Ermənistan tərəfi qarşılıqlı səfərlər edir, sərhədin delimitasiyası ilə bağlı qəbul olunmuş gündəlik mövcuddur”.

Politoloq qeyd edib ki, bu cür proseslərdə bəzən mübahisələr də yarana bilər, bəzən hər hansı bir məsələdə fikir ayrılığı ola bilər. Amma məsələnin, xüsusilə də Həkəri istiqamətində qeyd olunan ərazilər var ki, bu ərazilər büyük ölçüdə Azərbaycana məxsus olan ərazilərdir:

“Burada ən vacib məqamlardan biri odur ki, SSRİ dövründə Azərbaycan torpaqları ermənilərə bağışlanıb müxtəlif adlar altında – bu bir başqa məsələdir. Amma söhbət Alma-Ata bəyannaməsinə uyğun olaraq, sərhədin müəyyənləşməsindən gedirsə, burada Ermənistan tərəfinin büyük ölçüdə sərhədi pozduğu faktı var. Söhbət işğal dövründən gedir. İşğal dövründə Ermənistan ,adətən Qarabağ işğalı dövründə dövlət sərhədini bir çox istiqamətdə, xüsusən işğal olunmuş ərazilərdə qanunsuz şəkildə irəli çəkirdi və bu cür Azərbaycan torpaqları hesabına neytral zonalar yaradırdı. 

Müharibədən sonra Azərbaycan ordusu həm birbaşa addım ataraq, həm də diplomatik masada danışıqlar yolu ilə bu pozulmuş dövlət sərhədinin bir çox istiqamətdə bərpa etdi”.

O bildirib ki, amma bu tamamilə başa çatmayıb və delimitasiya prosesində Ermənistanın işğal dövründə irəli sürdüyü dövlət sərhədinin konkret xəritələr əsasında bərpası prosesi davam edir:

“Düşünürəm ki, Həkəri istiqamətindəki ərazilər də bura daxildir. Çünki Ermənistan həmin əraziləri işğal altında saxlayırdı və işğal dövründə bu istiqamətlərdən – Laçından, Kəlbəcərdən, Qubadlıdan, Zəngilandan tutmuş Kəlbəcərə qədər, bütün cənubdan şimala doğru büyük bir ərazidə dövlət sərhədini qanunsuz olaraq irəli çəkmişdi. Məsələn, Qafan istiqamətində dövlət sərhədinin irəli çəkilməsindən sonra orada Qafan aeroportu tikdilər. Həmin aeroport torpaqlarımız işğaldan azad olunandan sonra sərhəddən çox uzaq görünürdü. Amma daha sonra həmin istiqamətdə dövlət sərhədi bərpa edildikdən sonra – yəni Azərbaycan ordusu qanunsuz irəli çəkilmiş sərhədi bərpa etdikdən sonra Qafan aeroportu sərhədə çox yaxın bir ərazidə qaldı”.

Asif Nərimanlı vurğulayıb ki, bu da faktlardan biridir ki, Ermənistan tərəfi özünə əlavə ərazi qazanmaq və neytral zonaları genişləndirmək üçün dövlət sərhədini irəli çəkmişdi. O baxımdan, Həkəri istiqamətindəki ərazilər də büyük ehtimalla Azərbaycana məxsusdur və Ermənistan işğal dövründə həmin ərazilərdə dövlət sərhədini irəli çəkərək neytral zona düzəltmişdi:

“Bu məsələdə Ermənistan tərəfi hər hansı bir etiraz etsə belə, Azərbaycan daha əvvəlki təcrübəyə əsaslanaraq dövlət sərhədinin qanunsuz irəli çəkilmiş istiqamətlərini bərpa edəcək.

Təbii ki, bu proses delimitasiya prosesinin bir tərkib hissəsidir. Birgə komissiyaların razılaşmasında da qeyd olunur ki, tərəflər mübahisəli məsələ yarandıqda məsələni birgə müzakirə edib həll yollarını tapmalıdırlar”.

Sonda politoloq əlavə edib ki, bu delimitasiya komissiyalarının birgə müzakirə edəcəyi məsələdir. Konkret xəritələrə istinadən proses aparılır:

“Rəsmi mövqe yoxdur deyə, yalnız Ermənistan tərəfinin yaydığı məlumatlara istinad edə bilirik. Ama həqiqətən də bu məsələ varsa və konkret xəritələrə uyğun olaraq Azərbaycan konkret addımlar ataraq həmin ərazilərdə dövlət sərhədini bərpa edəcək”.

Çimnaz Telmanqızı

Əsəbiləşmək və xoşbəxtlik qana necə təsir edir? — Mütəxəssisdən AÇIQLAMA  

15:39 / 07 Sentyabr 2026

TİBB TİBB

Əsəbiləşmək və xoşbəxtlik qana necə təsir edir? — Mütəxəssisdən AÇIQLAMA  

49

0
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub 

15:36 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub 

55

0
Xalq artisti ilə bağlı üzücü xəbər

15:27 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Xalq artisti ilə bağlı üzücü xəbər

63

0
Söhbət Şuşadan gedirsə... — Cəmiyyətin söz sahibləri həmin görüntülərdən DANIŞIR

15:20 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Söhbət Şuşadan gedirsə... — Cəmiyyətin söz sahibləri həmin görüntülərdən DANIŞIR

214

0
Qarabağda mina təhlükəsinə qarşı Çindən strateji dəstək: “Böyük Qayıdış”ın tempi artır – AÇIQLAMA  

15:20 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qarabağda mina təhlükəsinə qarşı Çindən strateji dəstək: “Böyük Qayıdış”ın tempi artır – AÇIQLAMA  

53

0
Alkoqolun az miqdarda qəbulu belə insan beynini kiçildir – Uzman həkimdən TƏCİLİ XƏBƏRDARLIQ  

15:10 / 07 Sentyabr 2026

TİBB TİBB

Alkoqolun az miqdarda qəbulu belə insan beynini kiçildir – Uzman həkimdən TƏCİLİ XƏBƏRDARLIQ  

51

0
Sürətli yerimək və pilləkən çıxmaq ürək xəstəliklərinin əlamətlərini üzə çıxara bilər — Kardioloqdan AÇIQLAMA  

15:00 / 07 Sentyabr 2026

TİBB TİBB

Sürətli yerimək və pilləkən çıxmaq ürək xəstəliklərinin əlamətlərini üzə çıxara bilər — Kardioloqdan AÇIQLAMA  

69

0
Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb 

14:56 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb 

60

0
 Əhməd Məmmədzadə azadlığa buraxılıb

14:34 / 07 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

 Əhməd Məmmədzadə azadlığa buraxılıb

67

0
Metrodan istifadə edənlərə şad xəbər: Bakı metrosunda bu yenilik gəlir

14:28 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Metrodan istifadə edənlərə şad xəbər: Bakı metrosunda bu yenilik gəlir

315

0
Yüksək vəzifə verilən Osman Xalıyev kimdir? - DOSYE 

14:22 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək vəzifə verilən Osman Xalıyev kimdir? - DOSYE 

143

0
“Şuşanın hər daşı tarixi mühitin bir hissəsidir” – Deputatdan vandalizmə qarşı SƏRT ÇAĞIRIŞ  

14:19 / 07 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Şuşanın hər daşı tarixi mühitin bir hissəsidir” – Deputatdan vandalizmə qarşı SƏRT ÇAĞIRIŞ  

75

0