İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib
09 Noyabr 2026, 13:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
275
07.09.2026, 16:30
Qazaxıstanın Milli Mərkəzi Muzeyində görkəmli Azərbaycan alimi, xalçaçı rəssam və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş “Dövrün nəfəsi xalq sənətində” adlı sərginin açılışı keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Qazaxıstanın Milli Mərkəzi Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə XIX–XX əsrlərə aid Azərbaycan xalça və xalq sənəti nümunələri təqdim olunur.
Ekspozisiyada Quba, Bakı, Şirvan, Qarabağ, Qazax və Gəncə xalçaları, eləcə də kilim, şəddə, vərni və zili kimi xovsuz xalçalar, məfrəş, xurcun və çul nümunələri, bədii tikmə, zərgərlik və bədii metal sənəti əsərləri, həmçinin milli qadın geyimləri nümayiş etdirilir.
Sərginin xüsusi bölməsi Lətif Kərimovun yaradıcılığına həsr olunub. Burada sənətkarın eskizləri ilə yanaşı, “İkinci bahar” və “Xətai” xalçaları da təqdim olunur.
Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi ilə Qazaxıstanın Milli Mərkəzi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Həmçinin Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Qazax və Azərbaycan xalqlarının dekorativ-tətbiqi sənəti: tarixi köklər, etnomədəni varislik və müasir inkişaf tendensiyaları” mövzusunda dəyirmi masa keçirilib.
“Dövrün nəfəsi xalq sənətində” sərgisi 4 oktyabr 2026-cı ilədək davam edəcək.
14:42 / 09 Noyabr 2026
5
14:37 / 09 Noyabr 2026
28
14:29 / 09 Noyabr 2026
77
14:22 / 09 Noyabr 2026
112
14:17 / 09 Noyabr 2026
56
14:06 / 09 Noyabr 2026
590
14:04 / 09 Noyabr 2026
89
13:44 / 09 Noyabr 2026
560
13:21 / 09 Noyabr 2026
114
13:11 / 09 Noyabr 2026
250
12:57 / 09 Noyabr 2026
1434
12:55 / 09 Noyabr 2026
117
12:40 / 09 Noyabr 2026
218
12:27 / 09 Noyabr 2026
173
12:15 / 09 Noyabr 2026
337
12:03 / 09 Noyabr 2026
1277
11:56 / 09 Noyabr 2026
135
11:56 / 09 Noyabr 2026
244
11:43 / 09 Noyabr 2026
143
11:37 / 09 Noyabr 2026
308
11:34 / 09 Noyabr 2026
129
11:30 / 09 Noyabr 2026
127
11:22 / 09 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.