Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
02 Oktyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
539
13.07.2026, 18:00
Britaniyanın tanınmış televiziya aparıcısı və jurnalisti Dermot Murnağan uzun sürən xərçəng xəstəliyindən sonra 68 yaşında vəfat edib.
Oxu24.com xəbər verir ki. bu barədə onun ailəsi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, dördüncü mərhələ prostat xərçəngi ilə mübarizə aparan Murnağan iyulun 11-də dünyasını dəyişib. Ailəsinin açıqlamasına görə, dəfn mərasimi yalnız yaxınlarının iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, aparıcıya 2025-ci ilin iyun ayında dördüncü mərhələ prostat xərçəngi diaqnozu qoyulmuşdu. O, həmin vaxt verdiyi açıqlamada xəstəliyin həyata baxışını dəyişdiyini və ailəsini hər şeydən üstün tutmağa başladığını bildirmişdi.
Dermot Murnağan televiziya karyerasına 1985-ci ildə başlayıb. O, müxtəlif illərdə BBC, ITV, Channel 4 və Sky News telekanallarında xəbər aparıcısı kimi çalışıb.
Jurnalist karyerası ərzində Böyük Britaniyanın bir sıra mühüm hadisələrini, o cümlədən 2011-ci ildə Şahzadə Uilyam və Keyt Middltonun toyunu, eləcə də 2022-ci ildə Kraliça II Yelizavetanın vəfatını işıqlandırıb.
16:16 / 02 Oktyabr 2026
1
16:06 / 02 Oktyabr 2026
26
16:00 / 02 Oktyabr 2026
32
15:59 / 02 Oktyabr 2026
136
15:55 / 02 Oktyabr 2026
29
15:50 / 02 Oktyabr 2026
30
15:35 / 02 Oktyabr 2026
71
15:29 / 02 Oktyabr 2026
70
15:23 / 02 Oktyabr 2026
226
15:15 / 02 Oktyabr 2026
53
15:05 / 02 Oktyabr 2026
59
15:00 / 02 Oktyabr 2026
1271
14:48 / 02 Oktyabr 2026
169
14:45 / 02 Oktyabr 2026
83
14:43 / 02 Oktyabr 2026
87
14:42 / 02 Oktyabr 2026
62
14:40 / 02 Oktyabr 2026
66
14:22 / 02 Oktyabr 2026
77
14:18 / 02 Oktyabr 2026
62
14:03 / 02 Oktyabr 2026
78
13:57 / 02 Oktyabr 2026
69
13:51 / 02 Oktyabr 2026
580
13:49 / 02 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.