Venesuelada zəlzələdən sonra 80 mindən çox ailəyə yardım edilib
02 İyul 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
81
02.07.2026, 13:35
Ermənistanın yeni parlamentinin ilk iclası avqustun 3-nə təyin edilib; ənənəyə uyğun olaraq, iclasa ən yaşlı deputat Knyaz Həsənov sədrlik edəcək.
Oxu24.com xəbər verir ki, Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
81 yaşlı K.Həsənov yezidi kürdlərinin nümayəndəsi olan deputat 1945-ci ildə Kotaykda anadan olub.
Ermənistan parlamentinə növbəti dəfə mandat alan bu şəxs daim Azərbaycana, Türkiyəyə qarşı qatı düşmən mövqeyi ilə seçilib. Belə ki, dəfələrlə parlament çıxışlarında, efirlərdə, xarici səfərlərdə Azərbaycanı və Türkiyəni ermənilərə qarşı “soyqırım” aparmaqda ittiham edib. 2020-ci ildə isə Ermənistan parlamentində çıxış edərkən Azərbaycanı və Türkiyəni “erməni və kürd xalqının qatı düşməni” adlandırıb, ermənilərlə kürdləri “vahid düşmənə” qarşı birləşərək amansız mübarizəyə səsləyib. Bundan əvvəl də yazdığımız kimi, Knyaz Həsənov Qarabağın Ermənistanın işğalı altında olduğu illərdə dəfələrlə ölkəmizə qeyri-qanmuni səfərlər edib və separatçı ermənilərlə görüşlər keçirərək, separatizmə açıq dəstək verib. Hətta onun 1990-cı illərdə Azərbaycanın rayonlarının işğalı əməliyyatlarına, xüsusən də Kəlbəcərin işğalı əməliyyatına yezidi kürdlərdən ibarət silahlı dəstələri təşkil edib göndərdiyi də bildirilir.
Erməni mediasında da bildirilir ki, Ermənistanın kürd icmasının təmsilçisi olan Həsənov milli azlıqlar üçün nəzərdə tutulmuş kvota əsasında yenidən parlamentə seçilib. Bu, kürd icması təmsilçisinin həmin kvota ilə parlamentə daxil olması üzrə sayca dördüncü haldır; Həsənov daha əvvəl 2017, 2018 və 2021-ci illərdə seçilmişdi. Qeyd edək ki, monoetnik ölkə olan Ermənistanda tək-tək belə nümunələrə rast gəlinir.
Daha əvvəl Həsənovdan daha gənc namizədin lehinə kənara çəkilmək istəyib-istəmədiyi soruşulmuşdu. Cavabında “parlament veteranı” yorulmadığını və hakim partiya onu qanunvericilik işini davam etdirmək üçün dəvət etsə, bundan imtina etməyəcəyini bildirib.
Parlamentin qaydalarına görə, yeni seçilmiş parlamentin ilk iclasında ölkə prezidenti və bütün ermənilərin katolikosu iştirak etməlidir. Bununla belə, hesabatda qeyd olunur ki, hakim “Mülki Müqavilə” partiyası Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini dəvət etmək niyyətində deyil.
Xatırladaq ki, səslərin hesablanmasının bir mərhələsində yeni parlamentə potensial namizəd hesab edilən “Çiçəklənən Ermənistan” partiyası son nəticədə 58 287 səs (3,9893%) toplayıb və qanunla müəyyən edilmiş 4%-lik seçki baryerini keçə bilməyib.
Yeni parlamentdə “Mülki müqavilə” 64 yer, “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 yer qazanıb.
Beləliklə, hakim qüvvə parlament çoxluğunu qoruyub saxlasa da, ölkənin Əsas Qanununa birtərəfli qaydada dəyişiklik etmək üçün tələb olunan konstitusiya çoxluğuna malik deyil.
İyunun 19-da yeddi siyasi qüvvə – “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan”, “Ermənistan”, “Birlik Qanadları”, “Demokratiya, Qanun, Asayiş”, “Respublika Naminə Demokratiya Müdafiəçiləri İttifaqı” və “Yeni Qüvvə” Konstitusiya Məhkəməsinə müraciət edərək seçkinin nəticələrinin ləğvini tələb edib. Konstitusiya Məhkəməsi 15 gün ərzində, iyulun 4-dək qərardad çıxarmalıdır. (Musavat.com)
16:26 / 02 İyul 2026
9
16:25 / 02 İyul 2026
12
16:12 / 02 İyul 2026
28
16:03 / 02 İyul 2026
45
15:59 / 02 İyul 2026
53
15:45 / 02 İyul 2026
136
15:42 / 02 İyul 2026
49
15:38 / 02 İyul 2026
43
15:06 / 02 İyul 2026
54
15:02 / 02 İyul 2026
54
14:57 / 02 İyul 2026
57
14:53 / 02 İyul 2026
49
14:50 / 02 İyul 2026
51
14:49 / 02 İyul 2026
56
14:46 / 02 İyul 2026
55
14:24 / 02 İyul 2026
58
14:16 / 02 İyul 2026
63
14:12 / 02 İyul 2026
65
14:07 / 02 İyul 2026
60
13:54 / 02 İyul 2026
69
13:44 / 02 İyul 2026
60
13:28 / 02 İyul 2026
78
13:25 / 02 İyul 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.