Qaynar xətt:

(+99450) 247 90 86

İki dostun zarafatı qanlı bitdi: Bir nəfər öldürüldü  

İki dostun zarafatı qanlı bitdi: Bir nəfər öldürüldü  

DÜNYA

111

24.06.2026, 16:35

Türkiyənin Osmaniyə vilayətində zarafat üstündə başlayan mübahisə qətllə nəticələnib.

Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iyunun 22-də şəhərin Alibəyli məhəlləsində yerləşən Yeni Çarşı ərazisində baş verib. Məlumata görə, 47 yaşlı Ökkəş Gök ilə 66 yaşlı Bayram Güloğlugil arasında əvvəlcə zarafatlaşma olub. Lakin tərəflər arasında yaranan mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib.

İddialara görə, Ökkəş Gök üzərində olan bıçaqla Bayram Güloğlugilə xəsarət yetirib. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin apardığı müayinə zamanı Bayram Güloğlugilin hadisə yerində həyatını itirdiyi müəyyən edilib.

Hadisədən sonra saxlanılan şübhəli polisə verdiyi ifadədə aralarındakı zarafatın sonradan mübahisəyə çevrildiyini bildirib.İstintaq hərəkətləri başa çatdıqdan sonra məhkəməyə çıxarılan Ökkəş Gök barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Turan