Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun...
11 Noyabr 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
619
20.05.2026, 13:13
Ermənistan Baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında keçiriləcək hərbi paraddan sonra hərbi texnikanın gün ərzində Tiqran Mets prospektində nümayiş etdiriləcəyini bildirib. Paşinyan iddia edib ki, hazırda Ermənistanın keyfiyyətli yeni silahlara və yeni məntiqə malik ordusu var və xalq bu “yeni ordu” ilə fəxr edə bilər.
Bəs Paşinyanın bu açıqlaması real hərbi güc dəyişimini ifadə edir, yoxsa sadəcə növbəti siyasi mesajdır?
Mövzunu Oxu24.com-a şərh edən politoloq Turan Rzayev bildirib ki, müstəqil dövlətlərin milli bayramlarda hərbi parad təşkil etməsi beynəlxalq praktikada normal haldır və bu, hər zaman qonşu ölkələrə qarşı təhdid mesajı daşımır.
Bununla belə, politoloq Ermənistan ordusunun real vəziyyəti və Paşinyanın bəyanatlarının pərdəarxası məqamlarına toxunub.
Turan Rzayev vurğulayıb ki, Ermənistan ordusu regionda nə hərbi gücü, nə də texnoloji üstünlüyü ilə seçilən ordular sırasındadır:
“Biz bunu həm 44 günlük İkinci Qarabağ müharibəsində, həm də ondan əvvəlki hərbi toqquşmalarda aydın gördük. Ermənistan ordusu daha çox sovet hərbi düşüncəsini və ,əsasən, Rusiya istehsalı olan köhnə silah sistemlərinə söykənən klassik post-sovet ordusudur”.
Müharibədən sonra Ermənistanın müəyyən silahlanma proqramına başladığını qeyd edən ekspert, xüsusilə Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin İrəvana hərbi dəstək göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu proses təsadüfi deyil və regionda yeni eskalasiya yaratmağa hesablanıb. Lakin politoloq İrəvanın birbaşa niyyətinin genişmiqyaslı müharibə olduğunu düşünmür:
“Hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibə ehtimalı kifayət qədər aşağıdır. Tərəflər arasında de-fakto sülh mühiti mövcuddur və Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra sülh sazişinin imzalanması ehtimalı daha da arta bilər”.
Bəs belə olan halda Paşinyan niyə "yeni ordu" ritorikasına əl atır? Turan Rzayev hesab edir ki, bu açıqlamalar tamamilə daxili siyasi xallara hesablanıb:
1.Müharibə məğlubiyyətindən sonra cəmiyyətdə sınmış milli ruhu və psixoloji gərginliyi bərpa etmək;
2.Qarşıdan gələn parlament seçkiləri ərəfəsində rəqiblərinə qarşı hakimiyyətin mövqeyini gücləndirmək və seçici rəğbəti qazanmaq.
Nəticə olaraq, mayın 28-də İrəvan küçələrində düzüləcək hərbi texnika və Paşinyanın "keyfiyyətli yeni ordu" bəyanatları real hərbi balansın dəyişməsindən daha çox, Ermənistanın daxili siyasi auditoriyasını sakitləşdirməyə və mövcud hakimiyyətə siyasi dividend qazandırmağa xidmət edir.
Çimnaz Telmanqızı
16:35 / 11 Noyabr 2026
46
16:07 / 11 Noyabr 2026
82
16:04 / 11 Noyabr 2026
151
16:01 / 11 Noyabr 2026
85
16:00 / 11 Noyabr 2026
61
15:50 / 11 Noyabr 2026
75
15:50 / 11 Noyabr 2026
85
15:40 / 11 Noyabr 2026
71
15:31 / 11 Noyabr 2026
343
15:27 / 11 Noyabr 2026
564
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
160
14:51 / 11 Noyabr 2026
117
14:43 / 11 Noyabr 2026
180
14:39 / 11 Noyabr 2026
214
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
288
14:13 / 11 Noyabr 2026
860
13:58 / 11 Noyabr 2026
306
13:54 / 11 Noyabr 2026
600
13:48 / 11 Noyabr 2026
172
13:44 / 11 Noyabr 2026
259
13:41 / 11 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.