Süni intellekt insanları düşünmək qabiliyyətindən məhrum edə bilər
11 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
806
11.05.2026, 13:25
"Ermənistan" parlament fraksiyasının lideri və keçmiş müdafiə naziri Seyran Ohanyan İkinci Dünya müharibəsinin bitməsinin ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edərkən Azərbaycanı növbəti dəfə müharibə ilə hədələyib. O, "Ağır itkilərə baxmayaraq, erməni xalqı ayağa qalxa və irəliləməyə davam edə bilər",- deyərək revanşist mesajlar verib. Ermənistan daxilində keçmiş hərbi-siyasi elitanın seçki ərəfəsində bu cür aktivləşməsi və bölgədə sülh prosesini hədəf alması ciddi suallar doğurur.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Elşad Həsənov bildirib ki, Ermənistanda parlament seçkilərinə az vaxt qalmış revanşist qüvvələr, xüsusilə xaricdən maliyyələşən və dəstək alan qruplar yenidən aktivləşiblər.
Ekspert qeyd edib ki, həmin qüvvələr öz ritorikalarında müharibənin qaçılmaz olduğunu, Qarabağ məsələsini yenidən qaldıracaqlarını və ora qayıdacaqlarını iddia edirlər.
Politoloq vurğulayıb ki, bütün bu cəhdlərə baxmayaraq, Ermənistan əhalisinin böyük əksəriyyəti Baş nazir Nikol Paşinyanın apardığı siyasi xətti dəstəkləyir:
"Heç bir ana, heç bir qadın istəməz ki, yaxını müharibədə həlak olsun. Necə ki, bunu həmin Seyran Ohanyanın, Köçəryanın və Sarkisyanın dövründə erməni xalqı acı şəkildə gördü”.
Elşad Həsənovun sözlərinə görə, Paşinyan hakimiyyəti dövründə bu məsələlər müəyyən mənada qaydasına qoyulub və hazırkı rəhbərlik qonşularla sülh tərəfdarıdır. Revanşist qüvvələrin isə əsas məqsədi köhnə hərbçiləri yenidən hakimiyyətə gətirməkdir. Müsahib əlavə edib ki, bu prosesə Rusiyanın müəyyən siyasi dairələri ciddi dəstək göstərir və bu seçkilər Moskvanın Cənubi Qafqazda "sonuncu döyüşü" hesab oluna bilər.
Ekspert hesab edir ki, revanşistlər iyunun 7-də keçiriləcək seçkilərdə məğlubiyyətə uğrayacaqlar:
“Bu qüvvələrin arxasında əhali yoxdur və onların səs potensialı 10-12 faizdən artıq deyil. Avropa İttifaqı və Amerikanın Ermənistana göstərdiyi böyük dəstək nəticəsində yeni iş yerlərinin açılması və həyat səviyyəsinin yüksəlməsi əhalinin seçiminə birbaşa təsir edir.Paşinyan ermənilərin indiyə qədər yaşadığı miflərə son qoyaraq "real Ermənistan" qurmağa çalışır”.
Sonda politoloq bildirib ki, keçmiş hərbi-siyasi elitanın qarşıdurma yaratmaq cəhdləri nəticəsiz qalacaq. Mövcud reallıqlar Ermənistanda bu cür revanşist qüvvələr üçün siyasi yerin qalmadığını bir daha təsdiqləyir.
Çimnaz Telmanqızı
22:55 / 11 Noyabr 2026
11
22:38 / 11 Noyabr 2026
71
22:31 / 11 Noyabr 2026
57
22:26 / 11 Noyabr 2026
5988
22:22 / 11 Noyabr 2026
65
22:20 / 11 Noyabr 2026
63
22:15 / 11 Noyabr 2026
716
22:11 / 11 Noyabr 2026
76
22:07 / 11 Noyabr 2026
85
22:06 / 11 Noyabr 2026
84
21:59 / 11 Noyabr 2026
121
21:45 / 11 Noyabr 2026
86
21:14 / 11 Noyabr 2026
723
21:08 / 11 Noyabr 2026
409
21:05 / 11 Noyabr 2026
114
20:58 / 11 Noyabr 2026
123
20:49 / 11 Noyabr 2026
594
20:47 / 11 Noyabr 2026
107
20:28 / 11 Noyabr 2026
110
20:22 / 11 Noyabr 2026
129
20:19 / 11 Noyabr 2026
111
20:08 / 11 Noyabr 2026
110
19:57 / 11 Noyabr 2026
594
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.