SON DƏQİQƏ! İran prezidenti qonşu ölkələrlə bağlı görün nə dedi
21 Mart 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1042
01.03.2026, 10:29
2025-ci ilin iyununda baş verən müharibədən səkkiz ay sonra İran yenidən ABŞ və İsrailin hədəfinə çevrildi. İsrail və ABŞ əsas hədəflərindən birinin İranın ali lideri Əli Xamenei olduğunu açıqladı. Gecə saatlarından ABŞ və İsrail onun öldürüldüyünü desə də, Tehran bu məlumatı təkzib edərək, Xameneinin “təhlükəsizlikdə” olduğunu bildirdi.
Nəhayət, İsrail onun səhər saatlarında təşkil edilmiş hücumlarda öldüyünü açıqladı. Ardınca ABŞ Prezidenti bu faktı elan etdi.
Donald Tramp onu “tarixin ən pis insanlarından biri” adlandırdı. Bəs İranın ali dini lideri olan Xamenei kimdir və onun hakimiyyət yolu necə başlayıb?
Oxu24.com onilliklərdir İran siyasətində son söz sahibi olan Xameneinin həyat yoluna nəzər salır:
Xomeyni ilə tanışlıq
Əli Xamenei 19 aprel 1939-cu ildə Məşhəddə, əslən təbrizli ailədə anadan olub. Atası ruhani idi və o da atasının yolunu davam etdirərək, gənc yaşlarında dini təhsilə başlayıb. Məşhəd və Nəcəfdə təhsil aldıqdan sonra İranın dini mərkəzi olan Qum şəhərində fəaliyyət göstərib. Burada o, sonradan İran İslam İnqilabına rəhbərlik edəcək Ruhullah Xomeyni ilə tanış olub.
Şah dövründə Xomeyninin ideyalarını yaydığı üçün Xamenei altı dəfə saxlanılıb, işgəncələrə məruz qalıb və siyasi fəaliyyətinə görə təqib olunub.
1979-cu il inqilabı və yüksəliş
1979-cu il həm İran, həm də Xamenei üçün dönüş nöqtəsi oldu. 16 yanvar 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvi ölkəni tərk etdi. 1 fevralda Xomeyni sürgündən Tehrana qayıtdı və 11 fevralda monarxiya devrildi. İran İslam Respublikası elan olundu.
İnqilabdan sonra Xamenei sürətlə hakimiyyət strukturlarında yüksəldi. O, İnqilab Şurasında təmsil olundu, parlament üzvü seçildi, müdafiə nazirinin müavini vəzifəsində çalışdı və İranın ən güclü hərbi-siyasi qurumlarından olan İslam İnqilabı Keşikçiləri Korpusunun formalaşmasında rol oynadı.
Sui-qəsd, prezidentlik və müharibə
1981-ci ildə məsciddə çıxış edərkən Xameneiyə qarşı sui-qəsd törədildi. Partlayış nəticəsində o, ağır yaralandı və sağ qolu iflic oldu. Həmin il prezident və baş nazirin öldürülməsindən sonra keçirilən seçkilərdə Xamenei səslərin böyük çoxluğunu qazanaraq prezident seçildi.
Onun prezidentliyi dövrü səkkiz il davam edən və yüz minlərlə insanın həyatına son qoyan İran-İraq müharibəsi ilə yadda qaldı.
Bir gecədə “Ayətullah” oldu
1989-cu ildə Xomeyninin vəfatından sonra 49 yaşlı Xamenei İranın yeni ali lideri seçildi. Lakin ozamanadək yüksək dini rütbəyə malik deyildi. İslam Respublikasının qanunlarına görə, ali lider yüksək səviyyəli din xadimi olmalı idi. Bu səbəbdən Xamenei qısa müddətdə “Ayətullah” elan olundu və Konstitusiyaya dəyişiklik edildi.
Həmçinin oxuyun
Beləliklə, o, bir gecənin içində həm dini rütbə qazandı, həm də ölkənin ən ali siyasi-dini postuna yüksəldi.
“Müqavimət oxu”
Xameneinin rəhbərliyi dövründə İran regionda təsirini genişləndirdi və ABŞ ilə İsrailə qarşı “müqavimət oxu” adlandırılan geosiyasi xətt formalaşdırdı. Bu strategiya çərçivəsində Livanda “Hizbullah”, Yəməndə husilər, İraqda şiə silahlı qrupları və Fələstin təşkilatları ilə əlaqələr gücləndirildi.
Bu siyasətin əsas fiqurlarından biri Qasım Süleymani idi. O, 2020-ci ildə İraqda ABŞ zərbəsi nəticəsində öldürüldü. Xamenei onun dəfn mərasimində şəxsən iştirak edərək namaza rəhbərlik etmişdi.
Nüvə sazişi
İranın Qərblə ən ciddi qarşıdurma mövzusu nüvə proqramı olub. Ağır sanksiyalar fonunda Tehran 2015-ci ildə nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tutan razılaşmaya imza atdı. Lakin 2018-ci ildə ABŞ sazişdən çıxdı və gərginlik yenidən artdı.
Məhsa Əmininin ölümündən başlayan etirazlar…
Xameneinin uzunmüddətli hakimiyyəti etirazlarla da müşayiət olunub. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən kütləvi nümayişlər, 2017 və 2019-cu illərdə iqtisadi çətinliklərə qarşı aksiyalar, eləcə də, 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin ölümündən sonra geniş vüsət alan etirazlar ölkədə ciddi siyasi sarsıntılar yaratdı. Xamenei bu hadisələrə görə xarici qüvvələri günahlandırdı.
2025-ci il…
2025-ci ildə İran İsrail və ABŞ hücumlarının hədəfi oldu. 12 günlük müharibə zamanı nüvə və hərbi obyektlər vuruldu, nüvə alimləri öldürüldü. ABŞ-nin B-2 bombardmançıları İranın strateji obyektlərini hədəfə aldı. Tehran isə İsrailə raket hücumları ilə cavab verdi.
Onilliklər ərzində hakimiyyətdə olan Əli Xamenei İranın siyasi sistemini formalaşdıran əsas fiqur oldu. Onun həyatı sui-qəsddən sağ çıxmaqdan tutmuş bir gecədə ali dini rütbə qazanmağa və regionun ən təsirli liderlərindən birinə çevrilməyə qədər dramatik dönüşlərlə zəngin oldu.
Qafqazinfo
13:45 / 21 Mart 2026
1
13:38 / 21 Mart 2026
19
13:09 / 21 Mart 2026
70
13:03 / 21 Mart 2026
96
12:40 / 21 Mart 2026
239
12:18 / 21 Mart 2026
2907
12:08 / 21 Mart 2026
69
12:00 / 21 Mart 2026
66
11:53 / 21 Mart 2026
90
11:23 / 21 Mart 2026
307
11:07 / 21 Mart 2026
984
11:01 / 21 Mart 2026
76
10:26 / 21 Mart 2026
94
10:14 / 21 Mart 2026
92
10:10 / 21 Mart 2026
109
10:07 / 21 Mart 2026
117
09:53 / 21 Mart 2026
725
09:34 / 21 Mart 2026
1095
09:30 / 21 Mart 2026
82
09:18 / 21 Mart 2026
63
09:16 / 21 Mart 2026
64
09:10 / 21 Mart 2026
77
08:17 / 21 Mart 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.