Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1154
27.02.2026, 20:00
Rusiyanın “Tramp marşrutu”nda iştirak etməsinə qarşı çıxan və buna nail olan Ermənistan həm də, dəmir yollarının idarəçiliyini Rusiyadan almaq fikrindədir. Üstəlik Ermənistan Türkiyə - Ermənistan sərhədindən Rusiyanın hərbi mövcudluğuna son qoyur. Bütün bu amillər Rusiya və Ermənistan arasında böyük bir münaqişə və ya müharibə olmasına şərait yarada bilərmi?
Oxu24.com-un suallarını siyasi-analitik Elməddin Behbud cavablandırıb
Siyasi-analitik bildirib ki, Ermənistan Rusiyanın hücum etməsinə şərait yaradacaq qədər həddini aşmaz.
"Epitetlə desək, ən pis halda qarışqa filin ayaqları altında məhv ola bilər. Heç bir halda bu iki ölkə arasında müharibə ola bilməz. Amma geosiyasi cəhətdən fərqli məqamlara rast gəlmək olur. Rusiyalı ekspertlərin dili ilə desək, 2018-ci ildə Sorosun kadrlarından olan Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanda Rusiyadan sürətlə, eyni zamanda, mərhələli qaydada uzaqlaşma prosesi gedir. Təbii ki, Rusiya da bunu birmənalı qarşılamır. Rusiya rəsmilərinin məlum dəmir yolları şəbəkəsi ilə bağlı bu yaxınlarda açıqlamalarında da göründü ki, onlar iki günə bütün Ermənistanın dəmir yolu sistemini çökürdə bilər. Bu əlbəttə ki, Paşinyan hakimiyyətinə bir xəbərdarlıq idi.
Xüsusən hamını maraqlandıran bir məsələ var: Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın çıxarılması mövzusunun gündəmə gətirilməsi bu tip xəbərdarlıqlarda özünü biruzə verir. Təbii ki, Nikol Paşinyan heç bir halda Rusiyanın 102-cü hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını düşünmədiklərini, bunun gündəlikdə olmadığını və Rusiyanın, konkret olaraq Putinin 2020-ci il üstərəfli bəyannamənin imzalanmasında böyük rolunun olduğunu vurğuladı. Bu, Ermənistana Rusiya tərəfindən təzyiqlərin nəticəsidir. Eyni zamanda Ermənistan dövlətinin özünü müdafiə instinkidir.
Rusiya Ermənistana qarşı ancaq hibrid müharibə apara bilər ki, bu da informasiya müharibəsi, kiberhücumlar, dezinformasiya, iqtisadi təzyiqlər, yerli sosial və siyasi gərginliklərdən istifadə kimi üsulların məcmusudur.”-deyə Elməddin Behbud vurğulayıb.
Əntiqə Rəşid
19:05 / 13 Noyabr 2026
1
18:59 / 13 Noyabr 2026
32
18:59 / 13 Noyabr 2026
60
18:50 / 13 Noyabr 2026
64
18:38 / 13 Noyabr 2026
74
18:31 / 13 Noyabr 2026
69
18:26 / 13 Noyabr 2026
71
18:15 / 13 Noyabr 2026
79
18:04 / 13 Noyabr 2026
275
17:59 / 13 Noyabr 2026
95
17:46 / 13 Noyabr 2026
98
17:30 / 13 Noyabr 2026
91
17:18 / 13 Noyabr 2026
87
17:13 / 13 Noyabr 2026
296
17:07 / 13 Noyabr 2026
99
16:59 / 13 Noyabr 2026
99
16:51 / 13 Noyabr 2026
111
16:37 / 13 Noyabr 2026
131
16:29 / 13 Noyabr 2026
105
16:08 / 13 Noyabr 2026
284
16:00 / 13 Noyabr 2026
116
15:42 / 13 Noyabr 2026
405
15:37 / 13 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.