Qaynar xətt:

(+99450) 247 90 86

Putindən gözlənilməz addım 

news/2025_07_25/putin_se_1753442761.webp

DÜNYA

90

17.02.2026, 21:10

Rusiya Dövlət Duması mobil rabitə ilə bağlı yeni qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Oxu24.com  xəbər verir ki, yeni qaydalara əsasən, mobil operatorlar Federal Təhlükəsizlik Xidmətinin (FSB) tələbi ilə abonentlərə göstərilən xidmətləri dərhal dayandırmalı olacaqlar.

 

Qanun layihəsində bildirilir ki, bu addım “milli təhlükəsizliyə yönəlmiş potensial təhdidlərdən qorunma” məqsədi daşıyır. Sənədə görə, FSB-dən daxil olan müraciət prezident və hökumət tərəfindən təsdiqlənmiş normativ aktlarda nəzərdə tutulan hallara aid olduqda, operatorlar rabitəni gecikmədən kəsməyə borcludur.

 

Eyni zamanda qanunda qeyd olunur ki, operatorlar FSB-nin tələblərini yerinə yetirdikləri üçün abonentlər qarşısında müqavilə öhdəliklərinin pozulmasına görə məsuliyyət daşımayacaqlar. Yəni xidmətin dayandırılması nəticəsində yaranan problemlərə görə şirkətlərə qarşı iddia qaldırılması mümkün olmayacaq.

 

Yeni qanunun təhlükəsizlik məqsədi ilə əsaslandırılmasına baxmayaraq, sənəd artıq şəxsi azadlıqlar və rabitə hüquqları ilə bağlı müzakirələrə səbəb olub. Ekspertlər hesab edir ki, bu mexanizm fövqəladə hallarla yanaşı, digər situasiyalarda da tətbiq oluna bilər./konkret.az