Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
02 Oktyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2033
17.02.2026, 22:52
Dövlət uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi qaydası dəyişir. Yeni layihəyə əsasən, onların bilik və bacarıqları artıq attestasiya ilə deyil, xüsusi sertifikasiya qaydaları ilə yoxlanılacaq.
Dəyişikliklər “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” və “Təhsil haqqında Qanun”a təklif olunur və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən təhsil müəssisələrini əhatə edir.
Təhsil eksperti Elçin Muradov Oxu24.com-a açıqlamasında bu addımı müsbət qiymətləndirərək, xüsusilə yaradıcılıq sahələrində qiymətləndirmənin spesifik olmasının vacibliyini vurğulayır. Ekspertin fikrincə, proses aşağıdakı üç modeldən biri üzrə qurula bilər:
1. Bu sahələrə uyğun sadəcə bacarıqları yoxlanılması;
2. Bu sahələrə uyğun bilik və bacarıqların yoxlanılması (burda bacarığa daha çox meyar ayrılmaq şərtilə)
3. Bu sahələrdə çalışan fənn müəllimlərinə, ümumiyyətlə, bu cür imtahanlardan - attestasiyalardan azadlıq verilməsi (ən azından 5 ildən bir bacarıq testindən keçirilməsi nəzərdə tutula bilər)
Digər fənlərdə attestasiya keçirilməsi məqsədəuyğundur. Lakin bu sahələrə uyğun hər hansı imtahanın keçirilməsi o qədər gərəkli deyil”.
Qeyd edək ki, bu keçid sadəcə bir ad dəyişikliyi deyil, həm də incəsənət təhsilinin keyfiyyətini artırmağa xidmət edən strateji gedişdir. Sertifikasiya sistemi müəllimlərin peşəkar inkişafını təşviq etməklə yanaşı, onların əməkhaqqı və digər sosial təminatlarının daha ədalətli, şəffaf meyarlarla müəyyənləşdirilməsinə yol açacaq. Yaradıcı sahələrdə çalışan müəllimlər üçün tətbiq ediləcək bu yenilik, incəsənət təhsilində müasir standartların bərqərar olması istiqamətində atılan ciddi addım kimi qiymətləndirilməlidir.
Çimnaz Telmanqızı
02:00 / 02 Oktyabr 2026
56
00:03 / 02 Oktyabr 2026
83
23:54 / 01 Oktyabr 2026
75
23:41 / 01 Oktyabr 2026
82
23:12 / 01 Oktyabr 2026
87
23:00 / 01 Oktyabr 2026
96
22:53 / 01 Oktyabr 2026
83
22:52 / 01 Oktyabr 2026
84
22:50 / 01 Oktyabr 2026
150
22:42 / 01 Oktyabr 2026
73
22:31 / 01 Oktyabr 2026
83
22:24 / 01 Oktyabr 2026
119
22:18 / 01 Oktyabr 2026
210
22:07 / 01 Oktyabr 2026
89
21:42 / 01 Oktyabr 2026
85
21:41 / 01 Oktyabr 2026
102
21:31 / 01 Oktyabr 2026
84
21:29 / 01 Oktyabr 2026
97
21:26 / 01 Oktyabr 2026
218
21:25 / 01 Oktyabr 2026
76
21:19 / 01 Oktyabr 2026
81
21:15 / 01 Oktyabr 2026
79
21:08 / 01 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.