Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1100
17.02.2026, 18:46
Ötən ilin avqustundan başlayaraq Bakıda havanın çirklənməsi ilə bağlı mütəxəssislər fikirlər söyləyirlər. Bu çirklənmə adi gözlə də hiss olunacaq dərəcədədir. Hətta ötən il Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirdi ki, havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. Bir şözlə, Bakının havası yenə "ürəyəyatımlı" deyil.
Mövu ilə bağlı Oxu24.com-un suallarını “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli cavablandırıb.
-Bakıdakı bu çirklənmə nədən qaynaqlanır?
- Əvvəlcə onu vurğulayım ki, Bakı şəhəri dünyanın ən çirkli şəhərlərindən deyil. Qətiyyən belə bir fikirlə razılaşa bilmərəm. Bakı şəhəri zamanında ən çirkli şəhər olub. Ümumiyyətlə, yaşanası mümkün olmayıb. Qaraşəhər bu ərazidədir, neft və sənaye çirklənməsi çox olubdur. Son dövrlər bunlar azalıb. Bakıda siz düşündüyünüz qədər acınacaqlı hal yoxdur.
-Mən bu fikri özümdən demirəm, havanın keyfiyyətini qiymətləndirən İsveçrənin "IQAir" şirkətinin bugünkü məlumatlarına istinadən deyirəm.
- Bakıda çirklənmə hər halda Tehran qədər, Təl-Əviv, İstanbul, Moskva , Nyü-York, London və sair böyük şəhərlərdəki qədər də deyil. Bəli, Bakının özünə görə çirklənməsi var. Nəqliyyatdan çirklənmə var. Çünki paytaxtda avtomobil çoxdur , bu da havaya çox miqdarda qaz buraxılmasında, havanın çirklənməsində rol oynayır. Bir də nəqliyyat yollarındakı tıxacların yaratdığı sıxıntılar var ki, bu həm havanın çirklənməsinə, həm də insanların əsəb, sinir sisteminin pozulmasına səbəb olur.
Üstəlik çirklənməyə səbəb olan məqamlardan biri də nə yazıq ki, həm tikintilərdən, həm də daş karxanalarından ortaya çıxan çirklənmələrdir. Qaradağ, Güzdək və bir sıra daş karxanalarını ekoloji təmiz vəziyyətə gətirmək lazımdır. Bu tip fəaliyyətlər zamanı təbii ki, ekoloji və tikinti qaydaların pozulması çirklənməyə, şəhərin toz-dumana bürünməsinə səbəb olur. Yəqin ki, bir zaman bunlar yoluna düşəcək.
- Bəs, necə, hansı üsulla tikinti və karxanaların havanı çirkləndirməsinə mane olmaq olar, bunun qarşısını, ümumiyyətlə, almaq mümkündürmü?
-Çirkləndirməni ortadan qaldırmaq üçün birinci növbədə Bakı şəhərində yaşıllıq ərazilər genişləndirilməlidir . Yeni tikilən binaların hamısının ətrafında yaşıllıq ərazilər mütləq şəkildə olmalıdır. Səhra tipli ərazilərdə meşə zolaqları salınmalıdır. Dəniz sahillərinə (dəniz geri çəkilməyə başlayıb və bu ərazilər də yaşıllaşdırılmadır) şoranlaşma və səhralaşma təsirinə məruz qalmasın, təbiətə əlavə zərər dəyməsin deyə quraqlığa davamlı bitkilər, ağac və kollar əkilməlidir. Əgər Bakı yaşıl şəhər olarsa, tikintinin, daş karxanalarının şəhərə böyük zərəri, təsiri yaranmaz.
Söhbətləşdi: Əntiqə Rəşid
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.