EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1109
17.02.2026, 21:23
Bu gün növbəti köç karvanı Ağdam şəhərinə çatıb. Beləliklə bu mərhələdə Ağdam şəhərinə 419 nəfərdən ibarət 120 ailə köçürülüb.
I Qarabağ müharibəsi veteranı, Ağdam ictimaiyyətinin ziyalılarından olan həkim Azər Qasımov məsələ ilə bağlı kövrək hisllərini Oxu24.com-la bölüşüb.
O, bildirib ki, nəinki Ağdama, elə Qarabağın hər bucağına gedən köç karvanları bizi bir qarabağlı, bir azərbaycanlı kimi çox sevindirir.Bu gün Ağdama köçənləri izləyirdim.Bir gəncin gözlərindən axan yaşı gördüm, mən də kövrəldim. Hətta o gənc dedi ki, mən Ağdamdan köçkün düşəndə çox balaca olmuşam. Bunu deyirdi və sevindiyindən də göz yaşlarını saxlaya bilmirdi.
Hələ indiyə qədər Qarabağa gələn bu qədər köç karvanları izləmişəm, hələ bir dəfə birinin sevinmədiyinə şahid olmamışam. Hamı yurda qayıtmağın, öz ata-baba yurduna dğnməyin sevincini yaşayır. Həm sevinirik, həm də qürur hissi keçiririk ki, torpağımızı geri almaqla dünya çapında pozulmuş ədaləti bərpa etmişik!
Bunu güclü ordumuz, xalqımız və Ali Baş Komandanla birlikdə ortaya qoyduq. Bu birliyin nəticəsi bütöv Azərbaycan və azad Qarabağ oldu. Ulu babalardan xalqımıza bir tövsiyə qalıb. Deyir, bir torpağı qorumursansa, onu əkib, becərməyinə dəyməz, bir torpağı əkib -becərmirsənsə, onu qorumağına dəyməz. Bu gün şəhidlərimizin qanı yerdə qalmadı, canları bahasına qoruduqları torpaqlarda xalqımız xarüqələr yaradır.Tikilir, qurulur, əkilir, becərilir.
Düşünürəm ki, qarabağlılar, ağdamlılar tam şəkildə ( daha“köçkünlər” deməyə dilim gəlmir) yurdlarına, evlərinə, doğma ocaqlarına dönəndən sonra yeni Ağdam da əvvəlki Ağdamdan böyük, sevimli, möhtəşəm olacaq, ağdamlılar da əvvəlki vaxtlardan daha rahat, daha yüksək əhval -ruhiyyədə yaşayacaq, daha xoşbəxt günlərə çıxacaqlar! Bunu bizə öz canları bahasına köç karvanlarının geri dönməsini təmin edən igid şəhidlərimizin ruhu, igid qazi və veteranlarımızın zəhməti diktə edir!” deyə Azər Qasımov vurğulayıb.
Xatırladaq ki, 27 mart 2025-ci ildə Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər.
Ağdam şəhərinə isə Bakıdan ilk köç karvanı 25 dekabr 2025- ci ildə yola düşdü.
Əntiqə Rəşid
00:40 / 14 Noyabr 2026
84
00:02 / 14 Noyabr 2026
329
23:58 / 13 Noyabr 2026
86
23:49 / 13 Noyabr 2026
85
23:40 / 13 Noyabr 2026
98
23:28 / 13 Noyabr 2026
99
23:22 / 13 Noyabr 2026
94
23:17 / 13 Noyabr 2026
229
23:09 / 13 Noyabr 2026
109
23:05 / 13 Noyabr 2026
99
23:02 / 13 Noyabr 2026
141
22:53 / 13 Noyabr 2026
110
22:49 / 13 Noyabr 2026
103
22:41 / 13 Noyabr 2026
102
22:36 / 13 Noyabr 2026
120
22:18 / 13 Noyabr 2026
110
22:13 / 13 Noyabr 2026
106
22:03 / 13 Noyabr 2026
656
21:43 / 13 Noyabr 2026
974
21:36 / 13 Noyabr 2026
112
21:29 / 13 Noyabr 2026
140
21:24 / 13 Noyabr 2026
361
21:03 / 13 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.